Icma.az
close
up
RU
Bu ilin ilk ayında içkilər və tütün məmulatlarına 230 milyon manatdan çox pul xərclənib

Bu ilin ilk ayında içkilər və tütün məmulatlarına 230 milyon manatdan çox pul xərclənib

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi 4,8 milyard manat olub. Dövriyyənin 2,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatı isə qeyri-ərzaq mallarıdır.
2025-ci ilin ilk ayında içkilər və tütün məmulatlarına 230 milyon manatdan çox pul xərclənib. Bu ümumi pərakənda ticarət dövriyyəsinin 4.7 faizidir. Ötən ilin yanvar ayı müqayisədə içkilər və tütün məmulatlarına 1,8 faiz daha çox pul sərf edilib.
DSK-nin pərakəndə ticarət üzrə təsnifatında alkoqollu içkilər deyil, içkilır və tütün məhsulları birlikdə götürüldüyü üçün spirtili içkilərə nə qədər vəsaitin xərcləndiyi tam aydınlaşmır. Amma aydındır ki, burada alkoqollu içkilər xüsusi paya malikdir. İçki və tütün məhsullarına xərclənən vəsaitin çoxalmaslna qiymət artımları təsir göstərsə də, istehlak həcmi də xüsusi paya malikdir. Vətəndaşlarımız qazandıqları hər 100 manatın 5 manatını içkilər və siqaretə xərcləyirlər.
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2.5 litr olduğu halda, bunun 2030-cü ildə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca isə xərc də çoxalır. Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də, alkoqol və tütün məhsullarını istehlak etməkdənsə ixrac etmək daha faydalıdır.
Müqayisə üçün qeyd edək ki, spirtli içkilər və tütün məmulatlarının pərakəndə ticarət dövriyyəsində payı Gürcüstanda 3.4, Türkiyədə 3.3, Özbəkistan 3.2, Qazaxıstanda 2.4, Türkmənistanda 2.2 faizdir. İnkişaf etmiş ölkələrdən isə İtaliya 4.2, Kanada 3.7, Almaniya 3.5, Böyük Britaniya 3.4,Çində 3.0, Yaponiyada 2.7, ABŞ-da 2.0 faizə malikdirlər. Spirtli içki və siqaretə ən çox üstünlük verən dövlətlər isə Laos (10.8%), Serbiya (8.4%), Bosniya və Hersoqovina (8.3%), Çexiya (8.2%), Belarus (7.7%), Macarıstan (7.6%), İndoneziya (7.4%), Latviya (7.4%) və Rusiyadır (7.3%).
Vüqar Bayramov, Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Fevral 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see244

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see197

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see194

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see162

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see161

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see147

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see139

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see136

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see136

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see134

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see134

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see134

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see128

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri