Icma.az
close
up
RU
Bu ilin iqtisadi gözləntiləri necə olacaq?

Bu ilin iqtisadi gözləntiləri necə olacaq?

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fikrət Yusifov: “Adətən təqvim ilinin birinci ayında göstəricilər ondan sonrakı ayların göstəricilərindən bir qədər aşağı olur”

2025-ci ilin ilk ayı bitdi. Yanvar ayının iqtisadi göstərişləri ilə bağlı statistik məlumatlar yaxın günlərdə açıqlanacaq. Bəs bu il ərzində Azərbaycan iqtisadiyyatı üçün hansı nəticələrlə yadda bilər? Məlumat üçün bildirək ki, 2024-cü il Azərbaycan iqtisadiyyatında yüksək göstəricilərlə başlamışdi.

İqtisadiyyat Nazirliyinin rəsmi məlumatın əsasən, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cu ilin yanvar ayında ÜDM 5%, o cümlədən qeyri-neft-qaz ÜDM-i 12,3% artıb. Əlavə dəyərdə artım tikinti sektorunda 66,9%, nəqliyyat və anbar təsərrüfatında 26,8%, qeyri-neft-qaz emal sənayesində 16,8%, turizm və ictimai iaşədə 12,1%, informasiya və rabitədə 11,8% təşkil edib. Ölkə iqtisadiyyatında yüksək investisiya fəallığı qeydə alınıb. 2024-cü ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala investisiya qoyuluşları 37,4%, o cümlədən qeyri-neft-qaz sektoruna 34,1% artıb ki, bu da iqtisadi artıma töhfə verən mühüm amil kimi dəyərləndirilib.

Yeri gəlmişkən, Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 31-də “Digital Almaty” beynəlxalq rəqəmsal forumunun plenar iclasında çıxışı zamanı bildirib ki, Azərbaycan startapların inkişafı, sahibkarlığın stimullaşdırılması və innovasiya ekosisteminin dəstəklənməsi üçün əlverişli şəraitin yaradılmasına böyük əhəmiyyət verir. SİTAT: “Fəaliyyətə yeni başlayan sahibkarlara layihələri işə salmağa və potensiallarını inkişaf etdirməyə kömək edən müxtəlif proqramlar həyata keçirilir”.

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a şərhində bildirdi ki, yanvar ayında ölkə iqtisadiyyatında hansı nəticələrin əldə olunmasını yalnız rəsmi statistikanın bu barədə məlumatlarını əldə etdikdən sonra danışmaq mümkündür: “Bu isə cari ilin fevral ayının birinci yarısında baş tutacaqdır. Lakin buna baxmayaraq ilin birinci ayı üçün xas olan ənənəvi vəziyyət barədə bir neçə kəlmə fikir bildirmək olar. Adətən təqvim ilinin birinci ayında göstəricilər ondan sonrakı ayların göstəricilərindən bir qədər aşağı olur. Bunun başlıca səbəbi isə ilin əvvəlində iqtisadi aktivliyə təkan verə biləcək bəzi prosseslərin bir qədər ləng getməsidir. Məsələn, ilin birinci aylarında büdcədən maliyyələşmənin bir qayda olaraq gec açılması, xüsusilə investisiya qoyluşlarının maliyyələşdirilməsində gecikmələr öz növbəsində ilin başlanğıcında iqtisadiyyatda daha yüksək nəticələr əldə etməyə imkan vermir. Lakin bu vəziyyət artıq birinci rübün sonuna doğru aradan qalxmış olur.

Ötən 2024-cü ildə Azərbaycan iqtisadiyyatında 4,1%, onun real sektorunda  isə 6,2% artım qeydə alınıb. İnanaq ki, cari ildə artımlar bundan daha yüksək ola biləcək. Bunun üçün ölkə iqtisadiyyatına yerli yatlrımlarla yanaşı, xarici investisiyaların daha üstün axınına nail olmalıyıq. İqtisadiyyata nə qədər çox investisiya yatırılırsa, bir o qədər də onun inkişafı təmin edilmiş olur. O səbəbdən dövlət büdcəsindən əsas kapitala yönəldilən vəsaitlər və yerli investorların özəl sektora etdikləri yatırımlarla yanaşı, biz ölkə iqtisadiyyatına, ilk növbədə isə onun real sektoruna xarici investisiyaların üstün axınını təmin etməliyik. Bu olduqca vacibdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azpost.info
archiveBu xəbər 01 Fevral 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri