Bu ilin sonuna dövlət sosial sığorta haqları üzrə gəlirlər proqnozdan 164 mln. manat çox olacaq
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Cari ildə məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin ilkin proqnoz göstəricisi ilə müqayisədə ilin sonuna icranın 164,1 mln. manat çox olması gözlənilir. Növbəti ildə bu mənbədən proqnozlaşdırılan gəlirlər 2023-cü ilin icra, 2024-cü ilin gözlənilən icra göstəricilərinə münasibətdə müvafiq olaraq 15,5% və 6,3% çoxdur.
“APA-Economics” xəbər verir ki, bu Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Qeyd edək ki, ümumilikdə bu ilin sonuna məcburi dövlət sosial sığorta haqları üzrə büdcədən maliyyələşən təşkilatlardan 1 milyard 901 milyon manat, qeyri-büdcə təşkilatlarından isə 3 milyard 741.2 milyon manat vəsait daxil olması proqnozlaşdırılır.
Xatırladaq ki, bu mənbədən daxilolmaların cari il üzrə proqnozu 5 milyard 478.1 milyon manat idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 21 Noyabr 2024 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















