Icma.az
close
up
RU
Bu imtahanın keçiriləcəyi tarix açıqlandı

Bu imtahanın keçiriləcəyi tarix açıqlandı

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzi (DİM) 9 avqust 2026-cı il tarixində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Naxçıvan şəhəri 4 saylı orta məktəbdə elektron formada təşkil olunacaq.

İmtahan iki növbədə keçirilir. Birinci növbə imtahan saat 10:00-da, ikinci növbə isə saat 15:00-da başlanır. İmtahan müddəti 2 saat 30 dəqiqədir. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də və 14:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçılar buraxılış vərəqəsini buradan çap edə bilərlər. "İmtahana buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, yer, bina, zal, başlanma vaxtı və namizədin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. Namizədlər imtahan qaydaları ilə "Yaddaş kitabçası"nda tanış ola bilərlər. Elektron imtahan sisteminə aid təlimatla isə buradan tanış olmaq mümkündür.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Məlumat üçün bildiririk ki, imtahanın II mərhələsində iştirak etmək üçün 996 namizəd qeydiyyatdan keçib. Onlardan 360 nəfəri oğlan, 636 nəfəri qızdır. 831 namizəd Azərbaycan bölməsinin, 165 namizəd rus bölməsinin, 426 namizəd cari ilin, 570 namizəd isə əvvəlki illərin məzunudur. 3 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 957, Naxçıvan şəhərində isə 39 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunması üçün 12 zal administratoru, 67 zal nəzarətçisi, 11 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Qeyd edək ki, bu mərhələdə iştirak edəcək 996 nəfərdən 314 nəfəri ötən illərdəki imtahan nəticəsinə görə, 682 nəfər isə builki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Avqust 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see344

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see231

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see221

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see217

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see215

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see213

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see203

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see202

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see202

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see201

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see199

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see180

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see177

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see176

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see173

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see170

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see169

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see169

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see168

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri