Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Naxçıvan, 10 noyabr, AZƏRTAC
Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində əvvəlcə böyük türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Ali Sevim abidə önünə gül çələngi qoyub.
Anım mərasimində dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra tədbir çıxışlarla davam edib.
Qeyd edək ki, bu gün Atatürkün vəfatından 88 il ötür.
Müxbir- Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 10 Noyabr 2026 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















