Icma.az
close
up
RU
“Bu, insan həyatının itirilməsinə qədər gətirib çıxara bilər” Millət vəkili

“Bu, insan həyatının itirilməsinə qədər gətirib çıxara bilər” Millət vəkili

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlaması zamanı bildirib ki, Səhiyyə Nazirliyinə rəsmi müraciətlər daxil olduğu halda stomatoloji kabinetlərdə yoxlamalar aparılır və qanunsuz fəaliyyət göstərənlər cərimələnir. Bununla yanaşı, nazir ev şəraitində qeyri-qanuni stomatoloji xidmətlər göstərilməsinin qarşısını almağın çətin olduğunu vurğulayıb.
Ev şəraitində icra edilən qeyri-qanuni stomatoloji xidmətlərin aşkarlanması və qarşısının alınması üçün hansı mexanizmlər tətbiq etmək lazımdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Müşfiq Məmmədov  bildirib ki, Səhiyyə Nazirliyinin açıqlamasında da qeyd olunduğu kimi, bu, qeyri-qanuni fəaliyyətdir:
“Qeyri-qanuni fəaliyyət olduğuna görə, həm inzibati, həm də  cinayət məsuliyyətinə qədər gətirib çıxara bilər. Burada ilk növbədə insanlarımız diqqətli olmalıdırlar, çünki bu cür qeydiyyatda olmayan və tibbi prosedurların nə dərəcədə standartlara uyğun həyata keçirilməsi riskli olan məsələlərdə öz sağlamlıqlarını bu cür yerlərə etibar etməməlidirlər. Burada həm insanın həyati təhlükəsi vardır. Bilirsiniz ki, stomatoloji proseduraların hər birində yerli anestetiklərdən də istifadə olunur. Bu yerli anestetiklərin nəticəsində şok və insan həyatının itirilməsinə qədər gətirib çıxara bilən proseslər ola bilər. Alətlərin dezinfeksiyası, tibbi sterilizasiya qaydalarına nə dərəcədə əməl olunması, bunlar yoluxucu xəstəliklər, hətta HIV infeksiyalarının yoluxmasına qədər gətirib çıxara bilər”.
Millət vəkili onu da qeyd edib ki,  bu, infeksiyon xəstəliklərdən başqa, ağız boşluğunda təhlükəli proseslərə gətirib çıxara bilər:
“Bu hallarla biz qarşı-qarşıya qalırıq. Ona görə də burada vətəndaşlarımızın diqqətli olması, bu yerlərdən istifadə etməməklə yanaşı, təbii ki, bu proseslərdə də öz vətəndaş mövqeyini ortaya qoymalıdırlar. Təkcə vətəndaşların maarifləndirilməsi və ya fərdi şəkildə vətəndaşların bu prosesin qarşısının alınması prosesində cəlb olunmasından başqa, dövlət inzibati tədbirləri həyata keçirməlidir. Müvafiq orqanlar, səlahiyyət verilmiş müvafiq icra hakimiyyəti orqanı monitorinqləri artırmalıdır və burada kənara çıxan şəxslərə, qurumlara, kimlər bu prosesdə rol oynayırsa, bu şəxslərə qarşı da ciddi tədbirlər görülməlidir. Çünki dövlətin tənzimləyici və məhdudlaşdırıcı rolu olmadan bu proseslərin qarşısını almaq çətindir.”
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Fevral 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri