Icma.az
close
up
RU
Bu insanlar ağciyər xərçənginə daha yaxındırlar Həkimdən XƏBƏRDARLIQ

Bu insanlar ağciyər xərçənginə daha yaxındırlar Həkimdən XƏBƏRDARLIQ

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin tədqiqatçıları bildiriblər ki, heç vaxt siqaret çəkməyənlər üçün ağciyər xərçəngi dünyada xərçəngdən ölümlərin beşinci səbəbidir. Yeni araşdırmalar göstərir ki, hava çirkliliyi bütün dünyada ağciyər xərçənginə daha çox səbəb olur.

Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-terapevt Etibar Süleymanov bildirdi ki, ağciyər xərçənginin əksəriyyətinin səbəbi siqaretdir. Onun sözlərinə görə, həm aktiv siqaret çəkənlər, həm də passiv şəkildə siqaret tüstüsünü alaraq zərər çəkənlər bu xəstəliyə daha çox məruz qalır:

"Ağciyər xərçəngi ümumiyyətlə son vaxtlar çoxalmağa meyl eləyir, daha da artır. Ağciyər xərçənginin böyük əksəriyyətinin səbəblərindən biri siqaretdir. Bu həm aktiv siqaret çəkənlərə, həm passiv, yəni siqaretin tüstüsündən nəfəs alanlara, siqaret çəkənlərin yan yörəsində olanlara aiddir. Yəni bəzi adamlar deyir, mən siqaret çəkmirəm, amma evdə iki-üç nəfər siqaret çəkən varsa, evdə çəkirlərsə, çəkməyənlər də passiv siqaret çəkmə qrupuna aid olunurlar. Onlarda da eyni dərəcədə ağciyər xərçəngi əmələ gələ bilər. Bununla yanaşı, atmosferin güclü, zəhərli qazlarla dolması, maşın, zavod-fabrik tüstüləri, eyni zamanda asbest, müxtəlif qaz qarışıqları, radon, arsen və digər ağır metalların qazları hava qarışığında olduqda ağciyər xərçənginə gətirib çıxara bilir. Adi evin damına vurulan dam örtükləri asbest təbəqələrdən hazırlanır. Onlar özü xərçəng törədən səbəblərdən biridir".

Həkim ağciyər xərçənginin başqa orqanlardan yayıla biləcəyini və genetik faktorların bu xəstəliyə meyilliliyi artırdığını əlavə etdi.

"Bunlarla yanaşı başqa orqanların xərçənglərin metastaz, yəni yerdəyişməsi baş verə bilər. Misal üçün, sidik kisəsində, prostat, yumurtalıqda və digər orqanlardan ağciyərə metastazlar verə bilərlər. Eyni zamanda genetik faktorlar da rol oynayır, irsən ötürülə bilir, irsi meyllilik varsa, olma ehtimalı böyükdür. Diaqnostikası əsas aparılır, rentgendən kompüter tomoqraf müayinələrinə və tam dəqiqləşdirməkdən ötrü biopsiya olunur və onun nəticəsində bir qərar vermək mümkün olur. Ümumilikdə əsas səbəblər iri şəhərlərdə, iri yaşayış massivlərində havanın həddindən çox çirklənməsi və zərərli qaz burada bir istiqamət kimi rol kimi oynaya bilir", - deyə Etibar Süleymanov bildirdi.

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Fevral 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri