“Bu, İran üçün böyük sınaq olacaq” Trampın qayıtması Tehrana baha başa gələ bilər AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi İran İslam Respublikası üçün 1979-cu ildə qurulmasından bəri ən böyük sınaq olacaq.
“AzPolitika” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Kanalın materialında qeyd edilir ki, ABŞ-nin yeni administrasiyası Tehrana qarşı “maksimum təzyiq” kampaniyası aparacaq ki, bu da İranın təcrid vəziyyətini artıra və iqtisadiyyatını sarsıda bilər.
“CNN” qeyd edir ki, Trampın seçilməsi İsrailin Baş naziri Binyamin Netanyahuya İranın nüvə obyektlərinə zərbə endirmək imkanı da verə bilər.
Hələ seçkidən əvvəl “The Wall Street Journal” yazmışdı ki, Tramp Ağ Evə qayıtsa, İrana qarşı böyük təzyiq siyasətini bərpa edəcək.
Məlumat üçün onu da qeyd edək ki, Trampın seçilməsi xəbəri yayılandan dərhal sonra bir gün ərzində İranın milli valyutası ABŞ dollar qarşısında 25 faiz dəyər itirib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 07 Noyabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















