Icma.az
close
up
RU
Bu islahatlar prosedurların sadələşdirilməsinə yönəlib

Bu islahatlar prosedurların sadələşdirilməsinə yönəlib

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Elektrik Təchizatı Şəbəkələrinə Qoşulma İşçi Qrupunun təşəbbüsü ilə həyata keçirilən islahatlar Azərbaycanın enerji sektorunda mühüm dəyişikliklərə səbəb olub. Bu islahatlar əsasən prosedurların sadələşdirilməsi, xidmət keyfiyyətinin artırılması və şəffaflığın təmin edilməsinə yönəlib.

Hurriyyet.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Emin Qəribli deyib.

O bildirib ki, Azərişıq ASC isə texniki infrastrukturun yenilənməsi, rəqəmsallaşma və xidmət keyfiyyətinin artırılması sahəsində fəal işlər aparır:

“Qeyd oluna tədbirlər beynəlxalq investorlar üçün cəlbedici mühit yaradaraq iqtisadi inkişafı dəstəkləyir. Qurumların təşəbbüsü ilə prosedurların sadələşdirilməsi, şəffaflığın artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Xüsusilə, 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərar ilə təsdiq edilən qaydalar tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasını daha sürətli və səmərəli edib.

Bu qərara əsasən, elektrik enerjisi təchizatı üçün seçilən trassanın razılaşdırılması prosesi sadələşdirilmiş və müvafiq qurumlar tərəfindən 3 gün ərzində münasibət bildirilməsi tələb edilmişdir. Müddət keçdikdən sonra münasibət bildirilmədiyi halda məsələ avtomatik olaraq razılaşdırılmış hesab edilir. Bu yanaşma sahibkarların layihələrinin həyata keçirilməsini sürətləndirir və bürokratik maneələrin qarşısını alır.

"Elektrik enerjisindən istifadə Qaydaları" çərçivəsində istehlakçı hüquqlarının qorunması istiqamətində də mühüm addımlar atılıb. Enerji təchizatı zamanı baş verən qəzalar nəticəsində istehlakçılara dəyən ziyanın ödənilməsi qaydaları müəyyən edilib. Enerjitəchizatı müəssisəsi istehlakçının müraciətinə ən gec 10 gün ərzində cavab verməli və ziyanı ödəməlidir. Bu yanaşma istehlakçı məmnuniyyətini artırır və təchizatçı müəssisələrin məsuliyyətini gücləndirir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, tikinti-quraşdırma işləri, elektrik və istilik qurğularının texniki istismarı sahəsində fəaliyyət göstərən şəxslər və qurumlar üçün xüsusi razılıq (lisenziya) tələb olunur.

“Lisenziyalar və icazələr haqqında” Qanunun 1 nömrəli əlavəsinin 18-ci bəndi, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin yalnız lisenziya çərçivəsində həyata keçirilməsini tələb edir. Bu, tikinti sahəsində təhlükəsizlik standartlarının yerinə yetirilməsini təmin edərək, layihələrin düzgün və təhlükəsiz həyata keçirilməsinə zəmanət verir.

Nazirlər Kabinetinin 2019-cu il 520 nömrəli Qərarının 1.1.2.5 yarımbəndi, elektrik qurğularına texniki xidmət göstərən və digər əlaqəli fəaliyyətləri həyata keçirən fərdi sahibkarlara müvafiq bilik və təhlükəsizlik qruplarına sahib olmağı və qanunvericiliyə uyğun olaraq biliklərinin yoxlanılmasından keçmələrini tələb edir. Bu tələblər, mütəxəssislərin və fərdi sahibkarların işlərini yüksək keyfiyyətlə və təhlükəsizlik standartlarına uyğun yerinə yetirmələrini təmin edir.

Nazirlər Kabinetinin 2002-ci il 174 nömrəli Qərarının 45.1-ci bəndi, xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növləri üçün əlavə şərtlər müəyyən edir. Bu əlavə şərtlər, fəaliyyətin təhlükəsiz və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin etmək məqsədini daşıyır, həmçinin bu sahədə fəaliyyət göstərən müəssisələrin tələblərə uyğunluğunu yoxlamağa yönəlib.

Bu qaydalar, iqtisadi fəaliyyətin şəffaflığını artırır və təhlükəsizliyini təmin edir. Eyni zamanda, həm sahibkarların, həm də cəmiyyətin maraqlarını qorumağa xidmət edir. Nəticədə, iqtisadi inkişafı dəstəkləyir və ölkənin enerji sahəsində daha stabil və rəqabətədavamlı bir bazar yaratmaq məqsədinə xidmət edir”./axar.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Dekabr 2024 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri