Icma.az
close
up
RU
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz”

“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz”

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Avqust ayı ərzində baş verən ayrı-ayrı yol-nəqliyyat hadisələrinin nəticələri bir daha göstərir ki, yol hərəkəti qaydalarına etinasız münasibət insanın özünün və ən doğmalarının həyatı bahasına başa gələ bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Baş DYP İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev ötən ay baş verən yol-nəqliyyat hadisələrinə münasibət bildirərkən deyib.

Şöbə rəisinin sözlərinə görə, avqust ayı ərzində yol-hərəkəti qaydalarının pozulması nəticəsində baş verən qəzalarda bir sürücü həyat yoldaşının, digəri anasının, başqa bir sürücü isə 5 yaşlı oğlunun həyatını itirməsinə səbəb olub. Daha bir hadisədə xanım sürücünün iki azyaşlı övladı ağır xəsarətlər alıb.

“Bu hadisələrin hər biri ayrıca bir ailə faciəsidir. Eyni zamanda, sükan arxasında məsuliyyətsizliyin hansı ağır və geri dönüşü olmayan nəticələrə gətirib çıxara biləcəyini göstərən ciddi xəbərdarlıqdır.

Sürücü unutmamalıdır ki, avtomobildə onunla birlikdə olan ailə üzvlərinin, xüsusilə uşaqların təhlükəsizliyi ilk növbədə onun davranışından və qəbul etdiyi qərarlardan asılıdır. Sürət həddinin aşılması, riskli manevrlər, diqqətsizlik və digər qayda pozuntuları bir neçə saniyə ərzində bütöv bir ailənin həyatını faciəyə çevirə bilər.

Ən ağır məqam isə odur ki, belə hallarda yol verilən səhvin nəticəsini sonradan aradan qaldırmaq mümkün olmur. Öz səhlənkarlığı nəticəsində anasını, həyat yoldaşını və ya övladını itirməyin mənəvi ağırlığını heç bir cəza və heç bir peşmanlıq yüngülləşdirə bilməz.

Bir daha bütün sürücülərə müraciət edərək bildiririk ki sükan arxasında məsuliyyət yalnız qaydalara əməl etmək öhdəliyi deyil, həm də sizinlə eyni avtomobildə olan insanların həyatına görə daşıdığınız məsuliyyətdir”, - DYP rəsmisi qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Sentyabr 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri