Icma.az
close
up
RU
Bu kənd Naxçıvana qaytarılır

Bu kənd Naxçıvana qaytarılır

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan hökuməti Konstitusiya dəyişikliyinə dair referendumundan sonra anklavlar məsələsini müzakirə etməyə başlayacaq.

Bu barədə “Hraparak” ölkənin rəsmi mənbələrinə istinadla məlumat yayıb. Nəşr yazıb ki, əsas müzakirə mövzusu Azərbaycanın sərhəddə yerləşən anklavı Kərki ilə bağlıdır. Mənbə qeyd edib ki, Nikol Paşinyan hökuməti hələlik məsələnin müzakirəsini təxirə salmaq qərarına gəlib, çünki referendumdan əvvəl kəndin Azərbaycana qaytarılması hakimiyyətin daxildəki nüfuzuna ciddi ziyan vuracaq və bu, konstitusiya dəyişikliyi planını poza bilər (Teleqraf.az).

“Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının bəzi üzvləri Kərkinin Başkəndlə dəyişdirilməsində israr edirlər. Amma Baş nazir Nikol Paşinyan buna qarşı çıxır”, - nəşr qeyd edib. Dördpendirli pizza

Xatırladaq ki, Ermənistan Muxtar Respublikanın Kərki kəndi ilə yanaşı, Qazax rayonunun Sofulu, Yuxarı Əskipara və Barxudarlı yaşayış məntəqələrini də Azərbaycana qaytarmalıdır.

Referendumdan sonra anklavlar problemi həllini tapa bilərmi?

Professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, hakimiyyətin müxalifətin istəmədiyi dəyişiklikləri nəzərdə tutan referendum keçirmək riskləri böyükdür: “Özümüzü aldatmayaq, Paşinyan hakimiyyəti bu gün konstitusiyada dəyişikliklərin zəruriliyi ilə bağlı hansı bəyanatları verməsindən asılı olmayaraq, onun rəhbərlik etdiyi hökumət ölkədə referendum keçirməyə hazır deyil”.

Onun sözlərinə görə, Moskva isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının əleyhinədir: “Sülh müqaviləsinin bağlanması ətrafında hər hansı bir fikri bəyan etməzdən öncə, Moskvanın regiona real təsir imkanlarını mütləq dəyərləndirmək lazımdır. Bu müqavilənin bağlanması qarşısında dayanan əsas əngəl Ermənistan deyil, Kremldir".

Yusifovun fikrincə, əgər Kreml Ukrayna ilə müharibə müstəvisində ABŞ-la anlaşarsa, o halda Cənubi Qafqazda hadisələrin hansı ssenari üzrə davam edəcəyi ciddi sual altında olacaq: "Ruslar ABŞ prezidentinə Rusiyanın təbii sərvətlərinin istismarına dair 15 trilyon dəyərində sövdələşmə təklif ediblər. Tramp hələ ki, bu təklifə cavab verməsə də, sonda belə bir “yağlı tikəni” mütləq qəbul edəcək. Ancaq bunun qarşılığında Rusiyanın Trampdan istəyi nə olacaq? Bax, bu əsas sualdır. Bu sualın cavabı tapılana qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından danışmaq tezdir. Azərbaycan anklavlarının taleyi də məhz sülh müqaviləsi bağlandıqdan sonra baxıla bilər”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 Avqust 2026 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri