Icma.az
close
up
RU
Bu kəndlərdə ev almağa tələsin kəskin bahalaşacaq

Bu kəndlərdə ev almağa tələsin kəskin bahalaşacaq

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda “Turizm kəndi” konsepsiyası çərçivəsində turizm potensialına malik kəndlərin müəyyənləşdirilməsi xüsusi meyarlar əsasında aparılacaq.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib. 

Bildirilib ki, hazırda Qusar rayonunun Laza, Quba rayonunun Qrız, Qəbələ rayonunun Duruca, Qax rayonunun İlisu və Sarıbaş, İsmayıllı rayonunun İvanovka, Lerik rayonunun Bibiyani və Astara rayonunun Sım kəndlərini əhatə edən “Turistik kənd” layihəsi mərhələli şəkildə həyata keçirilir.

Agentlikdən qeyd olunub ki, Azərbaycan Prezidentinin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində “Turizm kəndi” konsepsiyasının formalaşdırılması və bu istiqamətdə müvafiq normativ hüquqi bazanın yaradılması nəzərdə tutulur.

Mövcud “Turistik kənd” layihəsi çərçivəsində sözügedən kəndlərdə turizm infrastrukturunun inkişafı ilə yanaşı, aidiyyəti dövlət qurumları ilə institusional əməkdaşlıq, özəl sektorun prosesə cəlb olunması, qrant mexanizmləri vasitəsilə qeyri-hökumət təşkilatlarının və yerli icmaların iştirakı təmin edilir.

Qeyd olunub ki, yeni Dövlət Proqramı çərçivəsində mövcud təcrübə əsasında “Turizm kəndi” konsepsiyası üçün vahid tənzimləyici çərçivənin yaradılması, kəndlərin müəyyən edilmiş meyarlar əsasında seçilməsi və onların turizm potensialının sistemli şəkildə qiymətləndirilməsi planlaşdırılır.

Hazırda layihəyə daxil olan kəndlərdə başlanılmış işlərin və inkişaf tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur. Yeni yaşayış məntəqələrinin “Turizm kəndi” kimi müəyyənləşdirilməsi isə hazırlanacaq meyarlar, xüsusi inkişaf prinsipləri və normativ hüquqi çərçivə əsasında aparılacaq qiymətləndirmədən sonra mümkün olacaq.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, kəndlərin qiymətləndirilməsi üçün ilkin meyarlar artıq hazırlanıb.

"Seçim zamanı yalnız mövcud turizm resursları deyil, turizmin dayanıqlı inkişafı üçün zəruri olan sosial, infrastruktur, memarlıq və ekoloji amillər də kompleks şəkildə nəzərə alınacaq.

Qiymətləndirmədə yerli icmanın iştirakı, infrastruktur və nəqliyyat əlçatanlığı, memarlıq və mədəni irs, ətraf mühit, xidmət imkanları, eləcə də kəndin ümumi dayanıqlı inkişaf potensialı əsas amillər sırasında olacaq", - deyə rəsmi məlumatda qeyd olunub. 

Agentlikdən o da vurğulanıb ki, hazırda bu meyarlar ilkin qiymətləndirmə çərçivəsini təşkil edir. “Turizm kəndi” konsepsiyası üzrə normativ hüquqi baza formalaşdırıldıqdan sonra meyarların yekunlaşdırılması və müvafiq qaydada təsdiqlənməsi planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Avqust 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri