Bu kəndləri su basdı: 22 nəfər təxliyə olundu Video
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İntensiv yağışlarla əlaqədar Lənkəran şəhərində, rayonunun Girdəni, Kosalar və Şiləvar kəndlərində bəzi ərazilərin subasmaya məruz qalması barədə müraciətlər daxil olub.
Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Hazirliyi (FHN) məlumat yayıb.
Bildirib ki, hadisə ilə əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Nazirliyin qüvvələri hazırda su basmış yerləri tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi, suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirir.
Qeyd olunub ki, bu vaxtadək ümumilikdə 6-sı uşaq olmaqla 22 nəfər vətəndaş təxliyə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 06 Fevral 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















