Icma.az
close
up
RU
Bu ki lap ağ oldu... Rusiya elə bir tozanaq qoparır, sanki Azərbaycan Rusiyanın sərnişin təyyarəsini vurub

Bu ki lap ağ oldu... Rusiya elə bir tozanaq qoparır, sanki Azərbaycan Rusiyanın sərnişin təyyarəsini vurub

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta vəsaiti ödənilib". Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamada bildirilmişdi. Məlumatda deyilirdi ki, Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri – 1 milyard 3 milyon rubl (12.34 milyon ABŞ dolları) məbləğində sığorta kompensasiyası ödənilib: "15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-sının hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358.4 milyon rubl (4.4 milyon dollar) sığorta ödənişi edilib".

Azırbaycan bu açıqlamanı təbii ki, təəccüblə və narazılıqla qarşıladı. Rusiya tərəfi qəsdən vurğuların yerini dəyişir, normal sığorta ödənişini kompensasiya kimi təqdim edir. Sığor onsuz da əvvəlcədən imzalanmış müqavilə çərçivəsində ödənilməli idi, ödənilibsə, bu, adi, həm də başqa prosedurdur. Sığorta ödənişinin Azərbaycanın Rusiyadan tələb etdiyi kompensasiya ilə heç bir əlaqəsi yoxdur. Qəza baş veribsə, bunun sığortası onsuz da verilməlidir. Ancaq bəs bu, sıradan bir qəzadırm?! Yox! Bu qəzanın səbəbi var: təyyarə Rusiya səmasında yerdən raketlə vurulub. Bu da nəticədə hava gəmisinin idarəetməni itirməsinə və qəzaya uğramasına səbəb olub. Buna görə Rusiya kompensasiya ödəməlidir. Necə ki, Azərbaycan öz hərbi qulluqçularının Rusiyaya məxsus hərbi helikopteri vurmasına görə Azərbaycan Rusiyadan üzr istədi və kompensasiyanı ödədi.

Həm də fərqə baxın: Azərbaycan hərbçiləri HƏRBİ helikopteri vurmuşdu, o helikopteri ki, həmin vaxt, həmin yerdə - Azərbaycanın dövlət sərhəddinin üstündə uçmamalıydı. Rusiya isə Azərbayxanın MÜLKİ hava gəmisini - sərnişin təyyarəsini vurub. Həm də həmin təyyarənin həmin vaxt olması gərəkdiyi yerdə vurub. Bu, bir fərq. İkincisi, Rusiya hərbi helikopterində İKİ nəfər HƏRBÇİ ölüb, Azərbaycanın mülki təyyarəsində isə 38 (!) MÜLKİ şəxs həlak olub.

Bu və başqa əsaslı fərqlərə - törədilən əməllərin fərqli motivinə və fərqli nəticələrə rəğmən Azərbaycan üzərinə düşəni edib, ancaq Rusiya öz üzərinə düşəni etmir.

Bu da azmış kimi, elə bir tozanaq qoparır, sanki Azərbaycan Rusiyanın sərnişin təyyarəsini vurub. Sanki iki ölkə arasında münasibətlər həmin təyyarənin vurulmasına görə deyil, Azərbaycanda 13 rusiyalının həbsinə görə pozulub.

Bu ki lap artıq ağ oldu!

Seyid Əhmədli, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Sentyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri