Icma.az
close
up
RU
Azərbaycan Rusiyanın bu təklifini rədd etməlidir

Azərbaycan Rusiyanın bu təklifini rədd etməlidir

Icma.az, Modern.az saytına istinadən bildirir.

Rusiya Futbol İttifaqı (RFU) 2026-cı ilin yayında dünya çempionatına alternativ turnir təşkil etmək istəyir. 

Rusiya ABŞ, Kanada və Meksikada keçiriləcək mundiala vəsiqə qazana bilməyən komandaları Moskvaya dəvət etmək istəyir.

Potensial iştirakçılar arasında Serbiya, Yunanıstan, Çili, Peru, Venesuela, Nigeriya, Kamerun, Çin və Rusiya var. RFU-nun məqsədi FIFA-ya bu ölkəyə qarşı tətbiq olunan sanksiyaları ləğv etmək və 2030-cu il dünya çempionatının seçmə mərhələsində iştirak etmək üçün təzyiq göstərməkdir.

Modern.az-a açıqlamasında Tanınmış telejurnalist, futbol şərhçisi Rövşən Binnətli formatın müsbət nəticələr verməyəcəyini bildirib:

"Futbol tarixinə nəzər salsaq, müxtəlif dövlərlə belə addımlar atılıb. Hətta Çempionlar Liqasına paralel olaraq  daha nəhəng klubları bir araya cəmləyən turnir keçirmək ideyası ortaya atıldı, "Real Madrid"in tərəfindən də dəstəkləndi.

Çox böyük miqdarda maliyyə vəsaitinin ayrılması deyildi. Yəni alınmadı. Düşünürəm ki, bütün bunlar boş cəhdlərdir. Çünki futbol infrastrukturunun idarəedilməsi üçün çox böyük infrastruktura sahib olunmalıdır. Burada söhbət yalnız maliyyə məsələsindən getmir. Amma hakimliyindən tutmuş bütün təşkilatçılıq işlərinə qədər FİFA-ya üzv olanda hər bir federasiya öhdəlik götürür ki, FİFA və UEFA-nın qəbul etdiyi qaydalara və şərtlərə uyğun fəaliyyət göstərəcək. Dövlətin futbol təsərrüfat işlərinə birbaşa müdaxiləsini qadağan edən maddə var.

O maddəyə mütləq şəkildə riayət olunmadığı halda həmin federasiya FİFA və UEFA üzvlüyündən kənarlaşdırılır. Digər qitə təşkilarından da. Bəzən düşünürlər ki, maliyyə varsa, hər şey etmək olar. Burada reklam məsələləri var. Nəhəng reklam agentlikləri var ki, hamısı FİFA ilə əlaqədədilər. Bu məsələlərdə onlar kənarda qalacaqlar. Düşünmürəm ki, onların düşündükləri hər hansı müsbət nəticə olacaq. Çünki futbol özülü dünyada elə qurulub ki, ona hər hansı xırda cəhətlər istənilən nəticəni indiyə kimi verməyib, bundan sonra da hər hansı nəticənin hasil olunacağını dünümürəm, heç bunu istəmirəm də. Futbol təsərrüfatı elədir ki, belə də davam etməldir. Rusiyanın  özünü yarışlara buraxmırlar, kənarda qalıb. Ona görə də müxtəlif ölkələri cəlb etməklə nəyəsə cəhd edirlər. Bunlar uğursuzluqla nəticələnəcək".

R.Binnət onu da qeyd edib ki Azərbaycan Rusiyadan gələcək təklifi qəbul etməməlidir.

“Milli komandamız nə dünya, nə də Avropa çempionatlarının seçmə yarışlarında iştirak edəcək. Qazancımız nə olacaq? Azərbaycan UEFA və FİFA-ya üzv olana üzərinə öhdəliklər götürüb. Ən başlıca şərt FİFA-nın futbol idarəçiliyində müəyyənləşdirdiyi qaydalar çərçivəsində fəaliyyəti üzərinə götürür. Ondan imtina edəcəyi halda qurumdan kənarlaşdırılacaq. Bu da sərfəli deyil”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Noyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri