Azərbaycan sübut etdi ki, güc məqsəd deyil, vasitədir!
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 oktyabr 2026-cı il tarixində Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edib. Çıxışında bir sıra məsələlərlə yanaşı, 44 günlük Vətən müharibəsi və onun hərbi-siyasi önəminə toxunan dövlət başçısı, Azərbaycanın qalib gəldikdən, öz ərazini bütövlüyünü təmin edəndən sonra müharibəni davam etdirmədiyini vurğulayıb. Prezident İlham Əliyev sülhün təşəbbüskarının da məhz Azərbaycan olduğunu bildirib:
“Ötən ilin yayında paraflanmış sülh sazişinin layihəsini də biz hazırlamışdıq. Ermənistanla sülh sazişinin təşəbbüskarı biz olmuşuq. Çünki biz sonsuz müharibələr istəmirdik və qisas almaq niyyətində deyildik. Hərçənd hesab edirəm ki, emosiyalar da nəzərə alınmalıdır. Mən həmişə deyirəm ki, biz qisasımızı döyüş meydanında aldıq və bundan irəli getməməliyik. Əks təqdirdə bu, sonsuz müharibəyə çevrilər.
Bu gün demək olar ki, hər il yeni müharibələrin başladığını gördükdə anlayırıq ki, müharibəyə son qoymaq çox çətindir. Müharibəyə başlamaq çox asandır, onu bitirmək isə çox çətindir. Qələbə qazanmaq da çox çətindir. Ona görə də hesab edirəm ki, Azərbaycanın təcrübəsi, - ədalətli müharibədə Qələbə qazanmağımız, məğlub tərəfin kapitulyasiya etməsi, bundan sonra isə irəli getməyərək dayanmaq, - lazım olan məqamda dayanmağımız və sülh təklif etməyimiz mühüm əhəmiyyət daşıyır”. (https://president.az/az/articles/view/74324 )
Müzəffər Ali Baş Komandanın da bildirdiyi kimi, Azərbaycan Ermənistanın kapitulyasiyasından dərhal sonra hərbi əməliyyatları dayandırdı, müharibəni davam etdirmədi. Halbuki, hər kəsə məlumdur ki, Ermənistanın Azərbaycanın hücumlarını dayandıracaq gücü yox idi. Bu o deməkdir ki, müharibənin davam etməsi, Prezident İlham Əliyevin təbirincə desək, təbirincə desək, üçüncü Zəfər Tağının İrəvanın mərkəzində ucaldılması ilə nəticələnəcəkdi. Lakin Azərbaycan proseslərin bu şəkildə inkişafına “yox” dedi.
Azərbaycan müharibəni vaxtında dayandırmaqla bütün dünyaya göstərdi ki, onun məqsədi Ermənistanı alçaltmaq, ondan qisas almaq, onun torpaqlarını – hansı ki, bütün bu torpaqlar tarixi Azərbaycan torpaqlarıdır - ələ keçirmək yox, öz ərazi bütövlüyünü təmin etməkdir. Azərbaycan bununla sübut etdi ki, güc məqsəd deyil. Güc haqqı, ədaləti bərpa etmək, öz qürur və şərəfini qorumaq üçün vasitədir. Və ən nəhayət, Azərbaycan sübut etdi ki, bütün dünyanın həm müharibə, həm də sülh məsələsində ondan öyrənməli olduğu çox şey var. Hansı ki, Azərbaycan təcrübələrinin öyrənilməsi və tətbiqi yaşadığımız dünyanın xoşbəxt və firavan gələcəyi, sülhün və ədalətin təntənəsi baxımından son dərəcə önəmlidir.
Seymur ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 27 Oktyabr 2026 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















