Icma.az
close
up
RU
Lotu Quli nin dostunun 3 milyonluq dələduzluq işi TƏFƏRRÜAT

Lotu Quli nin dostunun 3 milyonluq dələduzluq işi TƏFƏRRÜAT

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda biznes qurmaq adı ilə iki nəfərə qarşı üç milyon manata yaxın dələduzluq etməkdə ittiham olunan 1976-cı il təvəllüdlü Zaur Mövlamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, ittiham aktına görə, Zaur dələduzluq əməllərini tanışı Nizami Hәsәnovla birlikdə törədib.

O, özünü və tanışı Nizamini Rasim adlı biznesmenə tütün mәmulatlarının ölkә әrazisinә idxal vә satışını tәşkil edәn şәxslər kimi tәqdim edib. Mәşğul olduğu biznesə sәrmayә yatıracağı tәqdirdә gәlirdәn pay alacağına dair vәd verib və 2022-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayına qәdәr hissә-hissә olmaqla 2 150 500 manat tәşkil edәn 1 265 000 ABŞ dolları ələ keçirib.

Zaur Rasimdən 2025-ci il ərzində 2 430 490 manat pul alıb və Nizami ilə bölərək şәxsi ehtiyaclarına sәrf ediblər.

O, Musa adlı şəxsə qarşı da eyni üsulla dələduzluq edib və onun 110 340 manat məbləğində pulunu ələ keçirib.

İstintaq orqanı Zaur Mövlamovun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edib.

Zaur ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərib ki, tәxminәn 5 il mәrhum Nizami Hәsәnovla biznes fәaliyyәti - yәni tütün mәmulatlarının alqı-satqısı ilә mәşğul olub. Nizami Hәsәnova müәyyәn mәblәğlәrdә pul verib, Nizami isә bunun qarşılığında ona qazanc gətirib.

Zaurun ifadəsinə görə, Rasimlə tәxminәn 30 ildir tanışlıq münasibәti var:

"2022-ci ilin sonu, 2023-cü ilin әvvәllәrindә Rasimlә yaşadığım evin yaxınlığında görüşdüm, o, nә işlә mәşğul olduğumu soruşdu. Bir nәfәr tanışla xarici ölkәlәrdә siqaret satışı ilә mәşğul olduğumu bildirdim. Rasim biznesə sәrmayә qoymaq istәdiyini söylədi. Ona ortağımla danışandan sonra ona mәlumat verәcәyimi dedim.

Nizami Rasimi biznesә ortaq edә bilәcәyimizi, bunun üçün 10-15 min dollar lazım olduğunu bildirdi. Rasimlə әlaqә saxlayanda razılaşdı, 2-3 gün әrzindә lazım olan pulu verdi. Bu minvalla Rasimdən bizneslə məşğul olmaq üçün təxminən 500 000 dolları alaraq hamısını Nizami Həsənova çatdırdım. Hәmin dövr әrzindә Rasimə 640 000 manat qazanc qaytardım".

Zaur Mövlamovun ifadəsinə görə, Nizami Hәsәnov da Rasimә qazanc olaraq tәxminәn 250 000 manat verib. Həmin məbləği ya zərərçəkmiş şəxsin özünә vә ya hәyat yoldaşına әlbәәl pul verib, yaxud bank kartlarına köçürüb:

"Rasim vә hәyat yoldaşı ilə tez-tez әlaqә saxlamışam, aramızda pul alış-verişi olub".

Zaur Mövlamov qeyd edib ki, görülmüş işin müqabilindә Rasimə müәyyәn mәblәğdә gәlir verilib vә pul ödәnilib:

"Mənim Rasimi aldatmaq fikrim vә niyyәtim olsaydı, iş görmәk üçün öz yaşadığım evi girov qoyaraq pul götürmәzdim. Rasimə biznes fәaliyyәti ilә mәşğul olduğumuza görә tәxminәn 640 000 manatlıqqazanc kimi vermişik".

Təqsirləndirilən şəxs deyib ki, digər zərərçəkmiş Musanı 2023-cü ildәn bәri tanıyır, qohumluq münasibәti var. Musa oğlu Mövladinin hәyat yoldaşının dayısıdır:

"Tәxminәn 2024-cü ilin avqust-sentyabr aylarında Musa ilə İsmayıllı rayonundan Bakıya qayıdarkәn yolda söhbәt zamanı məndən nә işlә mәşğul olduğumu soruşdu. Siqaret alqı-satqısı ilә mәşğul olmaqla Nizami vә Rasim adlı şәxslәrlә üç nәfәrdәn ibarәt ortaq biznesimizin olduğunu, Dubay şәhәrindә bununla әlaqәdar şirkәt açmaq istәdiyimi bildirdim.

Musa bu biznesin yaxşı gәlir gətirdiyini dedi. Axşam Nizami zәng edərək çox ucuz qiymәtә siqaret olduğunu, almaq üçün 50 000 dollar çatmadığını dedi, hәmin mәblәği tapa bilib-bilmәyәcәyimlә maraqlandı. Musaya zәng etdim, 50 000 dollar versə, üç gün әrzindә öz pulu ilә yanaşı qazanc kimi 10 000 manat qaytaracağımı bildirdim. Musa da razılaşdı.

Üç gün sonra Nizami siqaretlәri aldığını, amma satacaqları şәxsin uşağını maşın vurduğunu, bu işdәn gözlənilən 10 000 manatlıq qazancı Musaya vermәyimi, bir neçә günә isә 50 min dolları da qaytaracağımızı bildirdi. Hәmin gün Nәsimi rayonu әrazisindәki "Olimpik Star"ın yanında Musa ilә görüşüb 10 000 manatı ona çatdırdım. Amma işdә yenә problemlәr olduğundan 50 min dolları Musaya qaytara bilmәdim".

Zaurun sözlərinə görə, 2024-cü ilin oktyabr ayında Musanın bacısı Minayә xanım vәfat edib, yas mәrasimindә olanda Nizami ona zәng edib:

"Dubayda malların saxlanıldığı anbarın icarәsinə 25 000 manat pul lazım olduğunu, bir-iki günә 140 000 dollar qazanc gәlәcәyini, hәmin məbləğdən Musanın 50 000 dollarını vә 25 000 manatı qaytaracağını dedi.

Yas mәrasimindә Musaya bu barədə dedim. O da bir az düşündükdәn sonra razılaşdı. Bir neçә gün sonra Nizami pulların köçürülmәsindә problem olduğundan qazancları olan 140 000 dolların verilmәsinin yubandığını söylәdi. Nizaminin dediklәrini Musaya çatdırdım".

Təqsirləndirilən şəxsin sözlərinə görə, pulların gecikdiyini görəndə məsələni aydınlaşdırmaq üçün Dubaya gedib, amma Nizami ilə görüşə bilməyib. Nizami Dubayda ona bir şəxsin ünvanını verib, ofisinə gedib pulları götürməsini deyib. Nizami göstərən ünvana getsə də, həmin şəxsin Sinqapurda olduğunu, pullarına blok qoyulduğunu öyrənib:

"Nizami ilә әlaqә saxladım, Dubayda qalmağın mәnası olmadığını vә geri qayıdacağımı dedim. Dekabr ayının sonlarında Bakıya qayıtdım.

Hәmin vaxtdan mart ayına, yәni Nizaminin özünә qәsd etdiyi günә kimi o, pulların gәlәcәyini bildirsә dә, heç bir qazanc olmadı. Buna görә Musanın pulunu qaytara bilmәdim. Mən hәbs olunduqdan sonra atam Əziz İsmayıllının Basqal kәndindәki evi sataraq Musaya 35 000 manat verdi".

Təqsirləndirilən şəxs deyib ki, əvvəllər idmanla məşğul olmaqla dünya mükafatçısıdır, uzun müddət qaydasız döyüş üzrə federasiyada vitse-prezident, Rusiya Güləş Federasiyasının vitse-prezidenti olub, daha sonra Azərbaycana gəlib. İdman növlərində özü döyüşmәyib, amma gülәşçi vә qaydasız döyüşçülәr yetişdirib.

Zaur həmçinin qeyd edib ki, siqaret bizneslәrinin anbarı Dubay şәhәrindә yelәşib, hәmin biznesin sәnәdlәri Nizamidә olub.

Təqsirləndirilən şəxs bildirib ki, "Lotu Quli" kimi tanınan şəxslə dostluq münasibətində olub, siqaret işinə başlayanda o, artıq vəfat edib. "Lotu Quli" kimi tanınan şəxslə hər hansı cinayət əməlinin törədilməsində iştirak etməyib. Nizamiylə tanışlığa qədər biznes fәaliyyәti ilә mәşğul olmayıb.

Tәqsirlәndirilәn şәxs ifadəsində hәr hansı cinayәt әmәli törәtmәdiyini, ortaq biznes fәaliyyәti ilә mәşğul olduğunu, lakin Nizaminin ölümü ilә әlaqәdar bizneslәrinin batdığını, zәrәrçәkmiş Rasimin verdiyi mülki iddianı qәbul etmәdiyini, digər zәrәrçәkmiş Musaya isә 65 000 manat borcunun qaldığını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cәzaçәkmә müәssisәsindә çəkməsi müəyyən edilib.

Mülki iddiaçı olan zәrәrçәkmiş şәxs Rasimin mülki iddiası tәmin edilib. Tәqsirlәndirilәn şәxsdən 2 141 490 manat mәblәğindә vurulmuş maddi ziyana görә pul vәsaiti vә 1860 manat mәblәğindә ödәnilmiş dövlәt rüsumu tutulması barədə qərar qəbul edilib.

Həmçinin digər mülki iddiaçı olan Musa adlı şəxsin də mülki iddiası qismən təmin edilib. Tәqsirlәndirilәn şәxsdən 65 340 manat mәblәğindә vurulmuş maddi ziyana görә pul vәsaiti vә 301 manat mәblәğindә ödәnilmiş dövlәt rüsumunun mülki iddiaçının xeyrinə tutulması qərara alınıb. Mülki iddia qalan digər hissәdә rәdd edilib.

Bundan başqa, iş üzrә vurulmuş ziyanın ödәnilmәsi mәqsәdilә ümumi sahәsi 141.6 m2 olan 3 otaqlı yaşayış sahәsinә aid olan hüquqların Dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın Dövlәt reyestrindәn verilmiş çıxarışa әsasәn tәqsirlәndirilәn şәxsin mülkiyyәtindә olan yaşayış sahәsi üzәrinә həbs qoyulub.

Hökmdən təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Şikayətdə təqsirləndirilən şəxsin əməli sübuta yetirilmədiyi üçün ona bəraət verilməsi istənilib. Zərərçəkmiş isə apellyasiya şikayətində təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayətlər təmin olunmayıb.

Qeyd edək ki, Nizami Həsənov da Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. O, öldüyü üçün barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Nizami Həsənov Pirşağı qəsəbəsindəki bağ evində 2025-ci ilin mart ayının 5-də intihar edib. Bununla bağlı Sabunçu R0ayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Oktyabr 2026 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri