Icma.az
close
up
RU
Bu kolleclərə tələbə getmir Boş qalan plan yerlərinin SİYAHISI

Bu kolleclərə tələbə getmir Boş qalan plan yerlərinin SİYAHISI

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Orta ixtisas təhsili müəssisələri üzrə ən çox boş plan yeri qalan kolleclərin siyahısı açıqlanıb.

Modern.az AzEdu.az-a istinadən xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
Statistikaya əsasən, ümumilikdə kolleclər üzrə 8144 plan yerindən 677-si boş qalıb. Bu isə ümumi plan yerlərinin 8,31 faizini təşkil edir.
Ən yüksək boş yer faizi Ağdam Musiqi Kollecində qeydə alınıb. Bu kollecdə 102 plan yerindən 70-i dolmayıb və boş qalan yerlərin payı 68,63 faiz olub. Siyahıda ikinci yerdə Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kolleci qərarlaşıb. Burada 115 plan yerinin 51-i boş qalıb ki, bu da 44,35 faiz deməkdir.
İlk üçlüyü Şuşa Humanitar Kolleci tamamlayır. Kollecdə 103 plan yerindən 37-si dolmayıb və boş yerlərin faizi 35,92 təşkil edib.

Növbəti yerdə Şəki Dövlət Regional Kolleci qərarlaşıb. Kollecə 235 plan yeri ayrılıb. Onlardan 57-si boş qalıb ki, bu da ümumi plan yerlərinin 24,26 faizini təşkil edir.

Daha sonra Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci gəlir. Bu kollecə 270 plan yeri ayrılıb. Ayrılan plan yerlərinin 64-ü boş qalıb (23,70 faiz).

Siyahıda növbəti pillədə Naxçıvan Musiqi Kolleci yer alır. Kollecə 148 plan yeri ayrılıb, onlardan 35-i dolmayıb. Boş qalan yerlərin xüsusi çəkisi 23,65 faiz olub.

Ardınca Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci gəlir. Bu təhsil müəssisəsinə 295 plan yeri ayrılıb. Plan yerlərinin 54-ü boş qalıb ki, bu da 18,31 faiz təşkil edir.

Növbəti yerdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci qərarlaşıb. Kollecə 236 plan yeri ayrılıb. Onlardan 40-ı boş qalıb (16,95 faiz).

Siyahının davamında Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsi yer alır. Burada 72 plan yerindən 10-u boş qalıb. Bu göstərici 13,89 faizə bərabərdir.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinə ayrılan 170 plan yerinin 23-ü boş qalıb ki, bu da 13,53 faiz təşkil edir.

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində isə 165 plan yerindən 20-si dolmayıb. Boş yerlərin payı 12,12 faiz olub.

Şamaxı Dövlət Regional Kollecinə ayrılan 325 plan yerinin 38-i boş qalıb (11,69 faiz).

Astara Pedaqoji Kollecində 155 plan yerindən 13-ü boş qalıb. Bu, 8,39 faiz deməkdir.

Masallı Dövlət Regional Kollecinə ayrılan 125 plan yerinin 9-u boş qalıb (7,20 faiz).

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində 185 plan yerindən 12-si dolmayıb (6,49 faiz).

Ağdaş Dövlət Humanitar Kollecində 185 plan yerindən 9-u boş qalıb (4,86 faiz).

Qazax Dövlət Sosial-İqtisadi Kollecində 210 plan yerindən 10-u boş qalıb (4,76 faiz).

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecində 150 plan yerindən 7-si dolmayıb (4,67 faiz).

Bakı Biznes və Kooperasiya Kollecində 320 plan yerindən 14-ü boş qalıb (4,38 faiz).

Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində 150 plan yerindən 6-sı boş qalıb (4,00 faiz).

Tovuz Dövlət Sosial-İqtisadi Kollecində də 150 plan yerindən 6-sı dolmayıb (4,00 faiz).

Mingəçevir Turizm Kollecində 180 plan yerindən 7-si boş qalıb (3,89 faiz).

Ağcabədi Pedaqoji Kollecində 135 plan yerindən 5-i boş qalıb (3,70 faiz).

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 135 plan yerindən 5-i dolmayıb (3,70 faiz).

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində 225 plan yerindən 8-i boş qalıb (3,56 faiz).

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində 225 plan yerindən 7-si boş qalıb (3,11 faiz).

Quba Dövlət Sosial-İqtisadi Kollecində 140 plan yerindən 4-ü boş qalıb (2,86 faiz).

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində 77 plan yerindən 2-si dolmayıb (2,60 faiz).

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 197 plan yerindən 5-i boş qalıb (2,54 faiz).

Naxçıvan Dövlət Texniki Kollecində 169 plan yerindən 4-ü boş qalıb (2,37 faiz).

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində 135 plan yerindən 3-ü dolmayıb (2,22 faiz).

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 290 plan yerindən 6-sı boş qalıb (2,07 faiz).

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində 305 plan yerindən 6-sı boş qalıb (1,97 faiz).

Ağdam Dövlət Sosial-İqtisadi Kollecində 255 plan yerindən 5-i boş qalıb (1,96 faiz).

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində 380 plan yerindən 7-si boş qalıb (1,84 faiz).

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 395 plan yerindən 7-si boş qalıb (1,77 faiz).

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecində 390 plan yerindən 6-sı boş qalıb (1,54 faiz).

Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində 194 plan yerindən 2-si boş qalıb (1,03 faiz).

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində 361 plan yerindən 3-ü boş qalıb (0,83 faiz).

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı İlahiyyat İnstitutunun yanında Bakı İlahiyyat Kollecində 15 plan yerinin hamısı dolub, boş yer qeydə alınmayıb.

Siyahının sonunda isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci qərarlaşıb. Bu kollecə ayrılan 75 plan yerinin hamısı dolub, boş plan yeri qalmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyul 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri