Bu komanda yarı yolda dayanmır Messi Argentina millisindən DANIŞDI
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Argentina millisinin kapitanı Lionel Messi komandasının hər zaman daha böyük uğurlar uğrunda mübarizə apardığını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb.
Messi Argentina millisinin qazandığı uğurlara baxmayaraq motivasiyasını itirmədiyini vurğulayıb.
“Daha əvvəl də dediyim kimi, bu komanda yarı yolda dayanmır. Düşünürəm ki, bunu hər rəqibə qarşı sübut etdik. Bu, həmişə daha çox şey istəyən qalib komandadır”, – deyə ulduz futbolçu bildirib.
Qeyd edək ki, Argentina millisi 2026-cı il dünya çempionatında Əlcəzair, Avstriya və İordaniya yığmaları ilə qarşılaşacaq.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Bu mundial tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunacaq.
Bir sıra xarici media orqanları İranın ABŞ və İsraillə yaşadığı gərginlik fonunda turnirdən kənarda qala biləcəyini və bunun Rusiya millisinin Dünya Kubokuna vəsiqə qazanmasına şərait yarada biləcəyini iddia etmişdi. Lakin İran tərəfi bu ehtimalları təkzib edib.
Mayın 18-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi FIFA-nın ölkəsinin milli komandasının 2026-cı il dünya çempionatında iştirakına zəmanət verdiyini açıqlayıb.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 10 İyun 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















