Bu küçədə geniş səki sürücülərin daimi “dayanacağına” çevrilib VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsində dayanma-durma qaydalarını pozan sürücülər kameraya düşüb.
Avtosfer.az-ın qaynar xəttinə müraciət edən izləyici görüntüləri göndərərək məlumat verib. Hadisə sentyabrın 18-də saat 10:25 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, 56-BJ-878 dövlət nömrə nişanlı “VAZ-2107” markalı, 77-VL-777 dövlət nömrə nişanlı “KIA” markalı, 10-AA-626 dövlət nömrə nişanlı “Toyota” markalı və 77-OG-856 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini səkidə saxlayıblar.
Səkinin geniş olmasından sui-istifadə edərək avtomobillərini burada park edən sürücülər nəticədə piyadaların hərəkəti üçün nəzərdə tutulan ərazini daraldıblar.
Qeyd edək ki, sözügedən küçədə səkilərin avtomobillər tərəfindən zəbt olunması ilə bağlı saytımızda dəfələrlə material dərc edilib. Buna baxmayaraq, ərazidə analoji qayda pozuntuları hələ də davam edir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 18 Sentyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















