Icma.az
close
up
RU
Bu layihə rəqəmsal transformasiya prosesinin sürətlənməsinə töhfə verdi

Bu layihə rəqəmsal transformasiya prosesinin sürətlənməsinə töhfə verdi

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Huawei” şirkəti “Tech4all” layihəsi çərçivəsində Azərbaycanda ev və biznes təsərrüfatlarının genişzolaqlı internetə çıxışının təmin olunmasını əks etdirən sənədli film və silsilə məqalələr yayımlayıb.

“Qafqazinfo” xəbər verir ki, filmdə “Onlayn Azərbaycan” layihəsinin sadə insanların və kiçik biznes sahiblərinin həyatına təsirindən bəhs olunub.

Çəkilişlərin böyük əksəriyyəti Quba rayonunun Xınalıq kəndində aparılıb. Filmdə kəndin unikal relyefi və zəngin tarixi xüsusi vurğulanıb, Xınalığı səfər edən turistlərlə müsahibələr təqdim olunub. Eyni zamanda kənd əhalisinin müxtəlif məşğulluq sahələri işıqlandırılıb, məktəblilər, müəllimlər və yerli sahibkarların fikirlərinə yer verilib.

Əsas operatorlarından biri “Aztelekom” MMC olan “Onlayn Azərbaycan” meqalayihəsi ölkənin ən ucqar yaşayış nöqtələrində də əhali və təşkilatlar üçün yüksəksürətli internetə çıxış, həmçinin istifadəni asanlaşdıran innovativ həllər təqdim edərək insanların rifahını yaxşılaşdırmaq məqsədilə həyata keçirilib. Layihə bərabər rəqəmsal imkanların genişlənməsinə və rəqəmsal transformasiya prosesinin sürətlənməsinə töhfə verib. Belə ki, “Onlayn Azərbaycan”ın icra edildiyi 4 il ərzində ölkədə sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edilib.

Qeyd edək ki, “TECH4ALL” “Huawei” şirkətinin uzunmüddətli rəqəmsal inteqrasiya təşəbbüsüdür. Əsası 2019-cu ildə qoyulan bu layihə innovativ texnologiyalar və tərəfdaşlıqlar vasitəsilə daha inklüziv və dayanıqlı rəqəmsal dünya qurmağı hədəfləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 İyun 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see272

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see270

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see265

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see252

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see243

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see239

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see229

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see224

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see220

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see217

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see213

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see211

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see209

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see206

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see200

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see198

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see196

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see195

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see188

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri