Icma.az
close
up
RU
“Bu mahnılara baxanda, “Məhləmizdə bir quyu var, əmiqızı” şükürlüdür”

“Bu mahnılara baxanda, “Məhləmizdə bir quyu var, əmiqızı” şükürlüdür”

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

İyulun 1-dən  ölkədə yeni qanun qüvvəyə minib. Həmin qanuna əsasən, qohum evlilikləri ləğv olunub. Yəni əmi, dayı, xala, bibi uşaqlarının evlilikləri tarixə qovuşdu. Amma qohum evliliklərinin ləğvi toyda ifa olunan “Əmi qızı”, “Xalam qızı” tipli mahnıları da unutduracaqmı? Müğənniləri həmin mahnıları məclislərdə oxuyacaqmı?

"“Bu barədə heç nə deyə bilmərəm. Əgər sifariş verilərsə, oxumaq lazımdır".

Bunu "Yeni Sabah"a müğənni Tacir Şahmalıoğlu deyib. Dominos pizza

Onun sözlərinə görə, əgər həmin mahnılar sifariş verilərsə, oxumaq lazımdır:

"Həmin qanundaasözügedən  mahnıların ləğv olunması ilə bağlı bir maddə yoxdur. Mahnılarda da hər hansı bir qəbahət görmürəm. Doğrudur, xalq mahnılarımız yanında bu ifaların hamısı cılızdır. Amma məsəl var, palaza bürün, ellə sürün. Bu gün xalqın tələbi odursa, oxumaq lazımdır. Bəlkə elə bir dövr gələcək ki, o mahnılara məhəl qoyulmayacaq".

İfaçı əlavə edib ki, “Əmi qızı”, “Xalam qızı” və s. digərləri ilə müqayisədə toya getməlidir:

“Elə mahnılar var ki, adam nifrət edir. Məsələn, “İyokio”, “Çini çaydan”, “Neçədə gəlim, neçədə mən” kimi mahnılarda nə söz uyğundur, nə musiqi. Həm də mənasızdırlar. Bu mahnılara baxanda, “Əmiqızı” şükürlüdür.

Sözün açığı, qohumlarla bağlı çox mahnı da bilmirəm. Lap başından bəri xalq mahnıları və insanların zövqünü oxşayan musiqilər ifa etmişəm. Amma yenə də əsas olan xalqın tələbidir. “Xalam qızı” oxu desələr, oxumağa məcburam. Elə müsiqilər də var ki, utandığından oxumaq da olmur. Qohuma aid mahnılar da yalnız qanunla ləğv edilərsə, yığışdırıla bilər. Yoxsa çətin ki, bu ifalar aradan qaldırılsın. Belə özbaşına necə yığışdırılsın. Əksinə, ondan da pis mahnılar çıxır”.

Tacir Şahmalı oğlu bildirdi ki, hamı yazır, hamı oxuyur. Bunun qarşısını almaq lazımdır:

“Özünüz də bilirsiniz ki, indi Azərbaycanda senzura yoxdur. Heç kimə deyilmir ki, bu mahnıların sözləri kimindir, bəstəkarı kimdir. Soruşan da yoxdur. Hamı yazır, hamı oxuyur. Bunun qarşısını almaq lazımdır. Mütləq şəkildə senzura olmalıdır. Bu mahnıları eşidəndə adam xəcalət çəkir. Bizim yaxşı şairlərimiz və bəstəkarlarımız var. Onlar irad bildirməlidir ki, bu nədir, nə biyabırçılıqdır. Əks halda, bütün bunların qarşısını almaq çətindir”. 

Aydan Hacı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:276
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 İyul 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri