Icma.az
close
up
RU
“Bu məhkumlar azadlığa buraxıla bilər” Hüquq müdafiəçisi AÇIQLAYIR

“Bu məhkumlar azadlığa buraxıla bilər” Hüquq müdafiəçisi AÇIQLAYIR

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən il Azərbaycanda ömürlük azadlıqdan məhrum edilənlərin sayı artıb.

Belə ki, 2024-cü ildə məhkəmələr 10 nəfəri bu cəza ilə mühakimə edib, 2023-cü ildə isə rəqəm 5, 2022-ci ildə isə 3 nəfər olub.

Bəs ümumilikdə ömürlük məhkumların saxlanma şəraiti və hüquqları necədir?

Onların digər həbsxanalardakı məhkumlardan fərqi varmı və onlar üçün hansısa xüsusi proqramlar təşkil olunurmu?

Mövzu ilə bağlı  Gununsesi.info-ya danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, ömürlük həbs cəzası çəkən məhkumların vəziyyəti ilə bağlı məsələlər diqqətlə izlənməlidir:

“Biz bu məsələni bir neçə dəfə qaldırmışıq. Ömürlük həbs cəzası çəkən qatı cinayətkarlara münasibətimiz qəti fərqlidir. Amma 25 ildən çox cəza çəkmiş şəxslər var, məsələn, Qaranquş batalyonundan olanlar. Orada gənc uşaq olan vaxtı, 17–20 yaşında ikən həbs olunanlar var. Halbuki bilmədən, aldanaraq cəlb edilibər. Onları azad etmək mümkündür.

“OMON”çular illərdir həbsdədirlər, onları da bir neçə dəfə bu məsələ çərçivəsində müzakirə etmişik. Onlar cəzalarını çəkiblər və Birinci Vətən Müharibəsində özlərini həqiqətən də qəhrəman kimi göstəriblər. Orada qanun qəbul olunub, 20 ildən çox həbs cəzası çəkənləri azad etmək olar. Mən yenə də vurğulayıram. Qatı cinayətkarlar istisnadır”.

Novella Cəfəroğlu əlavə edib ki, həbsxanadakı qaydalar digər müəssisələrdən sərtdir, amma görüş imkanları mövcuddur:

“Neçə ildir o həbsxanaya getməmişəm, hansı proqramların təşkil olunduğunu bilmirəm. Amma bu il ora getməyimiz tezliklə reallaşacaq”.

Hüquq müdafiəçisi hesab edir ki, onların yenidən cəmiyyətə inteqrasiyasını təmin etmək üçün psixoloqların iştirakı və onlara iş yerlərinin yaradılması vacibdir.

“Bəzi həbsdə olanlar çörək bişirir, yeməkxanada aşbazlıq edirlər, amma mən düşünürəm ki, onlara yeni peşələr öyrədilməli və tətbiq olunmalıdır. Məsələn, xalça toxumaq — bu yalnız qadın işi deyil, kişilər də bunu bacara bilər. Həmçinin mebel ustalığı kimi sahələrdə də iş yerləri açmaq mümkündür. Belə bir iş sistemi dövlət proqramı çərçivəsində təşkil olunmalı və sifarişlə təmin edilməlidir.

İşlə təmin etmək onların sosial reabilitasiyası üçün çox vacibdir, həmçinin insan kimi davranmağı öyrətmək lazımdır, çünki həbsdə olanlar arasında ağır cinayət törətmiş şəxslər də var. Bundan əlavə, futbol və voleybol kimi idman yarışları təşkil edilə, müxtəlif təşəbbüslər irəli sürülə bilər. Psixoloqlar onlarla görüşərək, onların bu qəddarlığa nə üçün yönəldiyini, hansı səbəblərlə belə davranmağa vadar olduqlarını araşdırmalı və psixoloji dəstək verərək reabilitasiyalarını təmin etməlidirlər”-deyə N.Cəfəroğlu vurğulayıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Avqust 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri