Icma.az
close
up
RU
Bu məktəbdə müəllim və şagirdlər təcrübə zamanı YARALANDI

Bu məktəbdə müəllim və şagirdlər təcrübə zamanı YARALANDI

Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb.

News24.az xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub.

Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.

Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

seeBaxış sayı:76
embedMənbə:https://news24.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri