Bu məktəblərdə dərslər martın 28 də BAŞLAYACAQ
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Novruz və Ramazan bayramları ilə əlaqədar beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə 11 gün dərs olmayacaq.
Bizim.Media xəbər verir ki, sözügedən ümumi təhsil müəssisələrində tətildən sonra ilk dərs günü 31 martdır.
Lakin bu qayda altıgünlük tədris həftəsi ilə işləyən məktəblərə aid deyil.
Belə ki, Azərbaycanda 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri kimi qeyd olunur və həmin günlər iş günü hesab edilmir.
Eyni zamanda, qanunvericiliyin digər tələbi ilə Ramazan bayramının 20 və 21 mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində 25 və 26 mart tarixləri, 22 martın bazar gününə təsadüf etməsinə görə 27 mart qeyri iş günü sayılacaq.
Buna görə də, altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə dərslər martın 28-də başlayacaq.
Günay Şahmar, Bizim.Media
Baxış sayı:91
Bu xəbər 19 Mart 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















