Icma.az
close
up
RU
Bu məqamlarda Alim Qasımova mən müəllimlik edirdim

Bu məqamlarda Alim Qasımova mən müəllimlik edirdim

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

"Vaqif Gərayzadə, Cavanşir Quliyev, Eldar Mansurov - bu üç şəxs mənim həyatımda önəmli insanlardır".

Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Qonaqcanlı" verilişində qonaq olarkən deyib. Pop kraliça Vaqif Gərayzadə ilə tanışlığını belə xatırlayıb:

"Son zəng"dən sonra elə məktəb formasında düz İncəsənət Universitetinin arxasındakı məşq yerinə getdim. Dedim ki, mən oxumaq, sizinlə çalışmaq istəyirəm. Vaqif müəllim hələ mənə qulaq asmayıb mahnı verirdi. Bu, tilsimli məqam idi. Birdən ayıldı ki, dayan görüm, oxuya bilirsən, nə ifa edəcəksən? Rasim İmanovun "Gerçəklərim yalan oldu" mahnısını pianinoda ifa etdim. Sonra özü çaldı, mənə onu oxu, bunu belə oxu dedi. Və həmin gün mənə 2 mahnı verdi".

Kazımova Xalq artisti Alim Qasımovla bağlı xatirəsini bölüşüb: 

"Aypara" qrupunda adətən dəyişməz solist Alim Qasımov olaraq qalırdı. O, olmayanda Elçin Cəlilov olurdu. Allah ona rəhmət eləsin. Adətən estrada mahnılarını Alim Qasımova mən göstərirdim. Nə qədər də olmasa, muğam ifaçısı üçün estrada mahnısının ritmləri onlara yad janrdır deyə, bu tərzdə mahnı ifa etmək bir az çətin gəlirdi. Bu məqamlarda Alim Qasımova mən müəllimlik edirdim. Böyük çıxmasın. Mahnını kontasını, melodiyasını ifa edirdim ki, yadında qalsın.

Adətən Vaqif müəllim yeni mahnılarını mənə göstərirdi, onları əzbərləyirdim. Bütün mahnıları gözəl, qəşəng, səliqəli şəkildə dəftərlərə yazırdım. Mən gələnə qədər Vaqif müəllimin bütün mahnı sözləri vərəqlərdə, dağınıq şəkildə idi. Gəldim, səliqə yaratdım, əlaçı olmuşam axı, hamısını səliqəli yazırdım. Adları, başlıqları ilə qırmızı qələmlə altından xətlər çəkirdim. Birinci kuplet, ikinci, nəqarət və sair. Beləcə, Vaqif müəllimin gözəl bəstələrinin hamısını bir yerə cəmləyirdim. Elə bil bir növ Vaqif müəllimin köməkçisi idim. O, bizə dərs olaraq tapşırırdı ki, görkəmli muğam ifaçılarımızı, dünya ulduzlarını, əsas caz ifaçılarını dinləyin. Mən, Zülfiyyə Xanbabayeva, bütün komanda onun sözünə qulaq asırdıq". (Axşam.az)
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Mart 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri