Icma.az
close
up
RU
Bu məqsədlə kredit götürsəniz, uduzmazsınız QIZIL TÖVSİYƏ

Bu məqsədlə kredit götürsəniz, uduzmazsınız QIZIL TÖVSİYƏ

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir zamanlar həyatımızda kredit anlayışı yox idi. Heç kim ev əşyalarını və yaxud avtomobili kreditlə almırdı. Yalnız mənzil üçün insanlar kreditin altına girirdi. Lakin zaman sürətlə axıb getdi. Kredit həyatımızın ayrılmaz hissəsinə çevrildi. Bu gün istənilən ailədə ən azı bir nəfər kredit ödəyicisidir. Elə ailələr var ki, hamı kreditdən asılı yaşayır. Hətta bəzi insanlar eyni vaxtda 2-3 banka kredit ödəyir.
Bunun da müəyyən riskləri var.
Xüsusilə də müqavilə ilə işləyənlər üçün bu risk çox böyükdür. Təsadüfi deyil ki, son zamanlar ən çox məhkəmə çəkişmələrindən biri məhz problemli kreditlərlə bağlıdır.
Ən qəribəsi odur ki, insanlarda sanki “kredit asılılığı” yaranıb. Bəzi insanlar bütün planlarını kredit üzərində qurur. Evi də, avtomobili də, telefonu da və hətta ev əşyalarını kreditlə alır. Hələ kreditlə toy edənləri, səyahətə gedənləri demirik...
Nəyi kreditlə almaq olmaz?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı Fuad İbrahimov deyir ki, bu sahədə “qızıl qayda” yoxdur:

“Amma praktika göstərir ki, heç də bütün problemləri kreditlə həll etmək olmaz. Bu əksinə yeni və daha böyük problemlər yaradır. Məsələn, kreditlə səyahətə getmək, kreditlə bayram bazarlığı eləmək heç bir məntiqə sığmır. Hətta ev əşyalarının və avtomobilin kreditlə alınması iqtisadi baxımdan doğru deyil. Məsələn, 30 minlik avtomobil üçün banka ən azı 40 min manat  ödəniş edilir. Kredit müddəti bitdikdə isə həmin avtomobili heç 20 min manata satmaq olmur.

Bir çox hallarda isə vətəndaş krediti vaxtında ödəyə bilmir. Çünki aylıq ödəniş vətəndaşın qazancı ilə tərs-mütənasib olur. Belə halda isə bank avtomobili vətəndaşdan geri alır. Bu isə daha çox maliyyə itkisi deməkdir”.
Müsahibimiz deyir ki, kreditin təyinatı mühüm şərtdir:
“Məsələn ipoteka krediti ilə daşınmaz əmlak almaq çox yaxşıdır. Çünki  daşınmaz əmlak heç zaman dəyər itirmir. Məsələn bir otaqlı mənzil üçün vətəndaş 80-90 min ödəniş edir. Lakin kredit müddəti başa çatanda həmin mənzil ən azı 100 min manat olur. Bu da o deməkdir ki, vətəndaş ağıllı yatırım edib. Bir sözlə il ötdükcə dəyər qazanmayan materiyanı kreditlə almaq doğru deyil.
Biznes krediti də sərfəlidir. Deyək ki, bir sex açmaq istəyirsən. Amma əlində lazım olan vəsait yoxdur. Bu zaman kredit götürmək çox vacibdir. Əgər alınan kredit qəpiyinə qədər təyinatı üzrə xərclənirsə, o zaman kreditor heç bir ziyanla üzləşmir. Əksinə qurduğu iş hesabına aylıq qazancında kredit öhdəliyini yerinə yetirir. Nəticədə həm böyük dividend, həm də daşınmaz əmlak qazanır”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Sentyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri