Icma.az
close
up
RU
Bu, mərhəmət, bizsə mərhəmətliyikmi?..

Bu, mərhəmət, bizsə mərhəmətliyikmi?..

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mətanət Məmmədova

Bəlkə mən anlamıram, geridə qalmışam, düzgün analiz edə bilmirəm, bəs sizcə necədir? Hər hansı bir heyvanı təbiətdən və təbiətindən ayırıb 21-ci, 6-cı, 11-ci və sair mərtəbədə ev dustağı etmək mərhəmət hissidirmi?

Bəziləri özünü heyvansevər adlandırır. Heyvanlar haqqında bircə kəlmə xoşagəlməz söz danışan və yaxud da haradasa bir heyvana sığalı dərindən çəkən insan görsünlər, gəl, onların münasibətinə, etirazına bax. Lakin özlərini çox mərhəmətli hesab edirlər. Belə ki, evlərində pişik, it quş, balıq və başqa heyvan saxlayırlar. Bunu böyük mərhəmət hesab edirlər. İnsafən, onları vaxtlı-vaxtında çimdirir, baytar həkimə aparır, xəstələnəndə başının üstünü kəsir, dərmanlarını vaxtında verir, ən bahalı yeməklər alır. Hətta onlara oyuncaq və geyim də alırlar. Tez-tez şəhərimizdə geyimli-kecimli it və pişiklərlə qarşılaşırıq. Ayaqqabıları da var onların, papaqları da. Donları rəngbərəng, gözoxşayan, saçları qız uşaqlarının saçı kimi al-əlvan bantlı və sair.

Bir sözlə, onlara gözün üstündə qaşın var, deyən belə olmur. Bəzən uşağının əlinə aylarla peçenye alıb verə bilməyənlərə rəğmən bu it və pişiklər parklarda gəzinti zamanı peçenye də yeyir. Yeməkləri onlarla birlikdə gəzintiyə çıxarılır, acanda yeyirlər, susayanda su içirlər. Bəzən gəzməkdən yorulur, qucaq istəyirlər. Sahibləri isə bunu sevə-sevə edir.

Quşlar var ki, onlar evin ən gözəl, mənzərəli yerində qəfəsdə, necə deyərlər, gülməxmərin içərisində saxlanılır. Qarşısına dünyanın quşlar üçün olan min bir naz-neməti düzülür.

Balıqlar da quşlar kimi, onların akvariumu evin ən yuxarı başı, gözəl yeri haradırsa, ora qoyulur. Bu akvariumların bər-bəzəyini, içində yaradılan dəniz, göl mənzərəsini, xaricinə qoyulan aksesuarları demirəm... Yerləri vaxtaşırı təmizlənir, suları dəyişdirilir, onlara əməlli-başlı qulluq göstərilir.

İt və pişiklər insanlarla bərabər divanda, kresloda əyləşir. Uşaqlarımıztək qucağımızda oturub musiqi dinləyir, televizora baxır. Yeri gələndə sahibi ilə bir boşqabdan yemək də yeyir. Hələ bəzən sahibinin ağzını salfet ilə silməsinə ehtiyac qalmır, iti yalayıb təmizləyir.

İtlər və pişiklərin yatdığı yer bəzən övladlarımız üçün ayırdığımız yerdən də gözəl, təmtəraqlı olur. Onlar sanki pambığa bükülür ki, rahat olsunlar...

Bütün bunlar heyvanlara qarşı sevgidir, bəli həm də böyük sevgidir. Onları övladımız kimi sevməyimiz insanlıqdan aldığımız paydır. Ürəyimizin yumşaq, sahib olduğumuz hər şey kimi, onlara da münasibətimizin eyni olmasıdır.

Lakin mərhəmət, necə, deyə bilərik bu münasibətə? İt və pişiklərə, quş və balıqlara mərhəmət edib onları evimizdə saxlayırıq, cümləsini qura bilərik?

Sizi bilmirəm, mən əsla bunu mərhəmət hissi ilə bağlaya bilmirəm. Çünki belə mərhəmətliyiksə, nə üçün təbiətdəki heyvanların hər birini, ən azı it və pişiklərin, quş və balıqların hamısını evlərimizə gətirib, onlara qayğı göstərib, mərhəmət etmirik? Deməli, bu, sadəcə bizim hobbimiz, heyvan sevgimiz ola bilər ki, heyvanı təbiətdən və ona məxsus təbiətindən ayırıb evlərə dustaq edir, adını da sevgi-mərhəmət qoyuruq.

Bu, mərhəmət ola bilməz. Mənə görə əsl mərhəmət heyvana məxsus olduğu yerdə qayğı göstərməkdir. Biz onu nə qədər pambığa büksək də, o, torpaq, daş-kəsək üzərində özünü daha xoşbəxt hiss edir. Evimizdəki ən gözəl həyat onlara təbiətin qoynunda-çöl-bayır, meşə, düzənlik, dağ-daş, hava, sudakı xoşbəxtliyinin bir anını belə verə bilmir.

Məsələn, anlamaq üçün bir suala cavab verək: bizi hər hansı heyvan aparıb yaşadığı təbiətdə illərlə saxlayarsa-ya quruda, ya suda, ya havada, özümüzü xoşbəxt hesab edə bilərikmi?

Deməli, mərhəmət tamamilə fərqli, heç də hər kəsin anlamadığı anlayışdır.

28 noyabr-Ümumdünya Mərhəmət Günüdür. Günün əsas ideyası: hər hansı bir canlıya (insana, heyvana, bitkiyə) zorakılıq etməmək; bütün canlılara heç vaxt və heç bir şəkildə-nə düşüncə, nə söz, nə də əməl ilə zərər verməməkdir.

İndi söz sizindir: biz heyvanlara yaxşılıq, yoxsa pislik edirik? Və yaxud, biz mərhəmətliyikmi?..

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Noyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri