Icma.az
close
up
RU
Bu məsələdə Rusiya Federasiyasını hər hansı cəza gözləmir

Bu məsələdə Rusiya Federasiyasını hər hansı cəza gözləmir

Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.

“AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəzaya uğraması bir neçə məsələni gündəmə gətirib. Onlardan biri də təyyarənin Rusiya tərəfindən vurulmasıdır. Əgər xəbər təsdiqini taparsa ki, doğrudan da Azərbaycana məxsus təyyarəni Rusiya vurub, o zaman Moskvanın cəzalandırılması mümkündürmü?”.

“Əvvəlcə nəzərinizə çatdırmaq istərdim ki, bu iş üzrə istintaq tam yekunlaşmayıb, qərar verilməyib. Ona görə dəqiq bir şey demək olmur. Amma əgər bu işdə günahkar Rusiya Federasiyasına məxsus məsul şəxslər, hərbi qulluqçular və yaxud hansı hərbi qurumdursa, buna görə təbii ki, məsuliyyət müəyyənləşdirməlidir. Lakin cəza şəxsidir. Bu məsələdə Rusiya Federasiyasını hər hansı cəza gözləmir. İstintaq yekunlaşmayıb ancaq ehtiyatsızlıqdan da olmuş ola bilər. Rusiya Federasiyası tərəfindən birbaşa Azərbaycana qəsd söhbəti getmir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında vəkil Cavanşir Qasımzadə deyib.

Vəkil qeyd edib ki, əgər məlum olub, öz əsasını tapsa ki, Rusiya Federasiyasına məxsus hərbi hissə tərəfindən törədilib bu hadisə, bu zaman burada qəsd və ya ehtiyatsızlıq olub-olmaması araşdırılmalıdır.

“Cəza sadəcə dövlətlərə müharibə cinayətlərində tətbiq oluna bilər. Amma bu o demək deyil ki, Rusiya Federasiyası dövlət olaraq Azərbaycan Respublikasına hər hansı təzminat ödəməli deyil. Burada Azərbaycan Respublikası dövlət olaraq iddiaçı qismində çıxış edə bilər. Bu təyyarə qəzası nəticəsində vurulmuş zərər üçün yeni təyyarənin alınıb verilməsi və yaxud təyyarənin özünün qiymətinin ödənilməsi, bundan əlavə vətəndaşların özlərinə, ailələrinə dəyən zərər ödənilməlidir. Bu da Rusiyanın Maliyyə Nazirliyi vasitəsilə birbaşa Rusiya Federasiyasının dövlət büdcəsi hesabına həyata keçirilməlidir. Bu məsələ təbii ki, Mülki Məcəllənin 21-ci maddəsi ilə əhatə olunacaq. Dəymiş zərərin ödənilməsi üçün hətta burada sığorta şirkətləri, hansı ki, ölənlərin ailə üzvlərinə və yaralılara kompensasiya ödəyib. Həmin kompensasiyanı belə sığorta şirkətləri iddia qaldıraraq Rusiya Federasiyasının üzərinə vəzifə olaraq qoya bilər”.

Rəfiqə NAMAZƏLİYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 27 Dekabr 2024 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Konfrans Liqası: Çelsi səfərdən darmadağınla qayıdır günün nəticələri

11 Aprel 2025 00:57see153

İtaliyada Etna vulkanı kül və lava püskürür

09 Aprel 2025 10:47see131

Bu gün Bakıda prezidentin iştirakı ilə forum keçiriləcək

09 Aprel 2025 09:27see127

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

09 Aprel 2025 09:21see125

Yaşı 40 dan yuxarı olan şəxslər üçün XOŞ XƏBƏR

10 Aprel 2025 21:06see124

Türk dövlətləri Canubi Kiprdə niyə səfirlik açır?

09 Aprel 2025 18:08see123

Dünyanın ən güclü dövləti... Prezident

09 Aprel 2025 11:57see122

Səliqəli otaqlar üçün dekorasiya FİKİRLƏRİ

09 Aprel 2025 09:05see122

Çinli hərbi əsirləri yalnız onlarla dəyişəcəyik Zelenski şərtlərini bildirdi

10 Aprel 2025 00:06see120

Türkiyə millisinin üzvü: Münhendə qalib gəlmək çox çətindi, amma...

09 Aprel 2025 09:03see120

Kadırov polisə hucum edən şəxsin atasını və qardaşlarını ölkədən qovdu

09 Aprel 2025 12:10see120

Netanyahu Trampla görüşdən sonra İran üçün iki ssenarinin adını çəkdi

09 Aprel 2025 09:01see118

ÇL: Barselona Borussiya ya, PSJ Aston Villa ya qarşı YENİLƏNİR

09 Aprel 2025 08:15see117

Hərbi gəmilərin Panamadan sərbəst keçidi üçün... Heqset

10 Aprel 2025 00:18see116

Yapi Kredi Bank dan şikayət

09 Aprel 2025 10:18see115

“Ya danışıq aparacaqlar, ya da bədələini ödəyəcəklər” Tramp İranı hədələdi

09 Aprel 2025 11:07see115

İtaliya klublarının hədəfindədir

10 Aprel 2025 20:56see114

Bu simptomlar xərçəngdən xəbər verə bilər

10 Aprel 2025 01:56see114

UEFA Konfrans Liqası: Fiorentina dan vacib səfər qələbəsi

11 Aprel 2025 01:20see113

ABŞ ÇİN ARASINDAKI TİCARƏT SAVAŞI KƏSKİNLƏŞDİ Tramp elə qərar verdi ki...

09 Aprel 2025 23:50see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri