UEFA Ermənistan Futbol Federasiyasını cəzalandırıb
Icma.az, Oxu.az saytına istinadən bildirir.
UEFA Ermənistan Futbol Federasiyasını noyabrın 14-də İrəvan şəhərində keçirilmiş Millətlər Liqasının Farer adaları ilə görüşü zamanı baş verən hadisələrə görə cəzalandırıb.
Oxu.Az xəbər verir ki, qurum sözügedən qarşılaşmada idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi (bannerlər) və pirotexniki vasitədən istifadəyə görə ziyana düşüb.
Meydan sahibləri azarkeşlərin görüşdə atəşfəşanlıq etməsinə görə 20 000 avro ödəməli olacaqlar.
Ermənistan Futbol Federasiyası "idman tədbirinə yararsız mesaj göndərilməsi" ucbatından isə 17 500 avro cərimələnib.
Qeyd edək ki, oyun Farer adaları yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baxış sayı:67
Bu xəbər 12 Dekabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















