Icma.az
close
up
RU
Bu meyvə sağlamlıq üçün əvəzolunmazdır

Bu meyvə sağlamlıq üçün əvəzolunmazdır

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Qan portağalı sitrus meyvələri ailəsinə aid olan və tərkibində yüksək miqdarda C vitamini, antioksidantlar və liflər ehtiva edən qida dəyəri yüksək meyvədir.
Pravda.az bildirir ki, daxili hissəsinin tünd qırmızı və bənövşəyi çalarlara sahib olması, onu digər portağal növlərindən fərqləndirir. Bu rəng meyvənin antosiyanin adlı təbii piqmentlə zəngin olması ilə bağlıdır.


İmmun sistemini gücləndirir


Mütəxəssislər qan portağalının immuniteti möhkəmləndirdiyini bildirirlər. Yüksək C vitamini tərkibi qrip və soyuqdəyməyə qarşı qoruyucu təsir göstərir. Bundan əlavə, flavonoidlər və antioksidantlar sayəsində damar sağlamlığını dəstəkləyir və qan təzyiqinin tənzimlənməsinə kömək edir.


Ürək və dəri sağlamlığına faydalıdır


Araşdırmalar göstərir ki, qan portağalı ürək sağlamlığı üçün də mühüm rol oynayır. Kalium baxımından zəngin olduğu üçün ürək ritmini sabitləşdirir və infarkt riskini azalda bilər. Eyni zamanda, güclü antioksidant tərkibi sayəsində dərinin qocalma prosesini ləngidə bilər.


Həzm sistemini dəstəkləyir


Mütəxəssislər qan portağalının lif baxımından zəngin olduğunu və bu səbəbdən həzmi yaxşılaşdırdığını vurğulayırlar. Bağırsaq hərəkətlərini tənzimləyən bu meyvə, eyni zamanda qəbizliyin qarşısını almağa kömək edir.


Qan portağalının istehlakında diqqətli olmaq lazımdır


Həkimlər qan portağalının həddindən artıq istehlakının bəzi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirirlər. Mədə turşuluğunu artıra biləcəyi üçün reflü və mədə yanması problemi olan şəxslərin ehtiyatlı olması tövsiyə edilir. Bundan əlavə, qan durulaşdırıcı dərmanlardan istifadə edən şəxslərin bu meyvəni qəbul edərkən həkim məsləhəti almaları vacibdir.


Bəs qan portağalı qan artırırmı?


Mütəxəssislər bildirirlər ki, qan portağalının qırmızı rəngi bəzi insanlarda onun qan artırıcı təsirə malik olduğu düşüncəsini yarada bilər. Ancaq qan istehsalı dəmir, B12 vitamini və fol turşusu kimi elementlərin balanslı şəkildə qəbul edilməsindən asılıdır. Buna görə də qan portağalı təkbaşına qan artıran qida kimi qəbul edilməməlidir.


Mütəxəssislərdən tövsiyə


Sağlam həyat tərzi üçün qan portağalını balanslı şəkildə rasiona daxil etmək lazımdır. Orqanizmin ehtiyacına uyğun olaraq gündə 1-2 ədəd qan portağalı istehlak etmək faydalı hesab edilir. Bununla belə, hər hansı bir xroniki xəstəliyi olan şəxslər bu meyvəni qəbul etməzdən əvvəl həkim məsləhəti almalıdırlar.
Əminə Bayramova 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 Mart 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see172

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see138

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see126

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see124

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see122

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see122

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see120

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see119

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see119

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see118

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see117

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see117

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see116

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see116

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see116

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see115

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see114

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see114

Rəsmi Bakıdan Medinskiyə Cavab

09 İyun 2025 23:29see112

Ərdoğanın səhhəti pisləşdi? RƏSMİ AÇIQLAMA

09 İyun 2025 21:11see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri