Bu millətin qaçqını da, köçkünü də bizim anamız, bacımız, qardaşımız, atalarımızdır
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bugünlərdə gündəmi zəbt edən, bəzi sosial platformalarda yayılmış, məcburi köçkünlərə qarşı mənfi və qərəzli yanaşma doğuran jurnalist yazılarına münasibət bildirmək istəyirəm.
“Bu millətin qaçqını da, köçkünü də yoxdur onlar bizim ən yaxınlarımız, qəlbimizdə xüsusi yeri olan dəyər verdiklərimizdir.”
Məcburi köçkünlər bu xalqın parçalanmaz bir hissəsidir. Onlar təkcə evlərini, yurdlarını deyil, uşaqlıqlarını, xatirələrini, həyatlarının ən dəyərli illərini itiriblər. Amma bir şeyi heç vaxt itirməyiblər —ümidi! Onlar illərlə çadırlarda yaşadılar, dözdülər, səbr etdilər, Vətənə dönüş gününü gözlədilər. Və nəhayət, bu gün o qayıdış baş verir!
Bu millətin qaçqını da, köçkünü də bizim anamız, bacımız, qardaşımız, atalarımızdır.
Onlara qarşı qərəzli mövqe tutmaq, acı talelərini gözardı etmək sadəcə insafsızlıq deyil, həm də milli həmrəyliyimizə qarşı yönəlmiş rəzil bir təxribatdır. Azərbaycan xalqı bu ağrını birlikdə yaşayıb və birlikdə sağaldacaq!
Unutmayaq ki,qəlbi yaralı, amma ruhu sınmayan bu insanlar artıq qayıdırlar — Laçına, Füzuliyə, Şuşaya, Zəngilana… Onlar Vətən torpağına ayaq basdıqları an tarix yenidən yazılır. Bu bir Zəfərdir, bu bir Dönüşdür!
Turanə Orucova, ictimai fəal
Bu mövzuda digər xəbərlər:“Həmişə dostumuz qardaşımız Pakistanın yanındayıq”
01 May 2025 16:50
Alim Qasımov: “Cabir qardaşımız, çox tez köçdün bu dünyadan” FOTO
29 Sentyabr 2025 21:19
Gedişhaqqı bahalaşdı: “Bu, millətin cibinə girməkdir” Sorğu
01 Oktyabr 2025 16:13
“Məcburi köçkünü orada yaşamağa məcbur etməməliyik”
17 Sentyabr 2025 10:35
Rusiya daha qardaşımız deyil Ermənistan prezidenti
12 Sentyabr 2025 10:20
Baxış sayı:72
Bu xəbər 17 Sentyabr 2025 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















