Icma.az
close
up
RU
Статья не опубликована
Bu missiya elə bir mövqe sərgiləyir ki sanki torpaqları işğala məruz qalan Azərbaycan deyil siyasi şərhçi

Bu missiya elə bir mövqe sərgiləyir ki sanki torpaqları işğala məruz qalan Azərbaycan deyil siyasi şərhçi

Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının Cənubi Qafqazdakı rolu və fəaliyyəti müzakirə mövzusu olaraq qalır. Bu missiyanın bölgədə sülhə və sabitliyə töhfə vermək əvəzinə, əsasən müşahidə funksiyası icra etməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Azərbaycan tərəfi missiyanın obyektiv və faydalı fəaliyyət göstərmədiyini, əksinə, bölgədə xarici maraqların gücləndirilməsi məqsədinə xidmət etdiyini bildirir”.

“Avropa İttifaqının Cənubi Qafqazdakı missiyasının hər hansı bir müsbət rolundan danışmaq mümkün deyil. Birincisi, nəzərə almaq lazımdır ki, bu “mülki” adlandırılan missiya əslində heç də mülki xarakter daşımır. Əksinə, burada Qərbin casus şəbəkələrinin kollektiv şəkildə Azərbaycan, Türkiyə, İran və Rusiya əleyhinə fəaliyyət göstərməsi, Ermənistan ərazilərini kəşfiyyat plasdarmına çevirmək cəhdi müşahidə olunur. Bu səbəbdən Avropa İttifaqının bu regiondakı missiyasının konkret məqsəd və fəaliyyət istiqamətləri kifayət qədər qeyri-müəyyəndir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Siyasi şərhçi qeyd edib ki, məlumdur ki, bölgədə sabitliyi pozmağa çalışan bəzi Avropa İttifaqı üzvləri, xüsusilə Fransa, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində maraqlı görünmür.

“Onlar daha çox xaos yaratmaq, Cənubi Qafqazda qeyri-sabitlik mühiti formalaşdırmaq xətti tuturlar. Bu baxımdan, Ermənistandakı missiya regionda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına mane olur. Həmçinin, bu missiya elə bir mövqe sərgiləyir ki, sanki torpaqları işğala məruz qalan Azərbaycan deyil, işğalçı Ermənistan məzlum bir ölkə kimi göstərilməyə çalışılır. Ermənistanın guya qorunmağa ehtiyacı olan bir dövlət kimi təqdim edilməsi isə sülh prosesinə xələl gətirən əsas məqamlardan biridir. Nəticə etibarilə, Avropa İttifaqının bu missiyası Ermənistan ərazilərində fəaliyyətini davam etdirdiyi müddətcə, rəsmi İrəvanın sülhə yönəlik hər hansı ciddi addım atacağından söhbət gedə bilməz”.

Rəfiqə NAMAZƏLİYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 04 Fevral 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see293

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see235

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see209

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see171

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see167

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see147

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see142

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see125

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Kəpəz Araz Naxçıvan ı bu qolla kubokdan kənarlaşdırdı Video

05 Dekabr 2025 00:49see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri