Icma.az
close
up
RU
Bu davranışlar etik qaydalara zidd sayılır Müəllimlərin DİQQƏTİNƏ!

Bu davranışlar etik qaydalara zidd sayılır Müəllimlərin DİQQƏTİNƏ!

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müəllimlər peşə fəaliyyətləri zamanı etik davranış qaydalarına ciddi şəkildə əməl etməlidirlər. Bu qaydalar müəllimlərin yalnız dərs prosesində deyil, həm də ictimai davranışında, həmkarları və rəhbərliklə münasibətlərində, eləcə də cəmiyyət qarşısındakı məsuliyyətində əsas meyar hesab olunur.

Redaktor.az xəbər verir ki, bu barədə "Müəllimlərin etik davranış qaydaları"nda qeyd olunub.

Qaydalara əsasən, müəllim peşə fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmalı, vicdanlı və peşəkar davranmalı, şəxsi nümunəsi ilə şagirdlərin, valideynlərin və cəmiyyətin təhsil sisteminə inamını möhkəmləndirməlidir.

Sənədə görə, müəllim işlədiyi və ya digər təhsil müəssisələrinin, eləcə də dövlət qurumlarının fəaliyyəti ilə bağlı (qanunsuz hallar istisna olmaqla) ictimai tənqidi çıxışlardan və mənfi ictimai qiymətləndirmələrdən çəkinməlidir. Həmçinin müəllim adına və təhsil müəssisəsinin nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.

Etik davranış qaydalarında müəllimin təhsilalanlarla, valideynlərlə, həmkarları və rəhbərliklə münasibətlərində nəzakətli, xeyirxah və təmkinli olması, irad və tənqidləri qəbul etməsi, xarici görünüşünə və geyiminə xüsusi diqqət yetirməsi də tələb olunur.

Sənəddə vurğulanır ki, müəllim peşə fəaliyyətində qərəzsiz olmalı, irqi, milli, dini, siyasi və digər mənsubiyyətə görə ayrı-seçkiliyə yol verməməli, siyasi bitərəfliyini qorumalıdır.

Bundan başqa, müəllim təhsilalanların, onların valideynlərinin və həmkarlarının şəxsi məlumatlarının məxfiliyini təmin etməli, qanunvericilikdə nəzərdə tutulmayan hallarda həmin məlumatları yaymamalıdır.

Eyni zamanda, müəllim işlədiyi təhsil müəssisəsi ilə bağlı kütləvi informasiya vasitələrinin qanunvericiliyə uyğun şəkildə düzgün məlumatlandırılmasına da kömək göstərməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyul 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri