Icma.az
close
up
RU
Bu ölkə hərbi gücünü artırır Müharibəyə hazırlaşır?

Bu ölkə hərbi gücünü artırır Müharibəyə hazırlaşır?

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“Beynəlxalq aləmdəki müxtəlif gərginliklər və müharibələr Yaponiyanı hərbi gücünü artırmağa məcbur edib. Yaponiya hökuməti öldürücü silahlar da daxil olmaqla, silah ixracına qoyulan məhdudiyyəti aradan qaldırıb. Tokio Müdafiə Avadanlıqlarının Transferi üçün Üç Prinsip adlanan sənədin yenidən nəzərdən keçirəcək. Yaponiya eyni zamanda hərbi ittifaqlara üstünlük verəcək. Yaponiya hökumətinin qənaətinə görə, hazırda heç bir ölkə öz təhlükəsizliyini təkbaşına qoruya bilməz. Hökumət eyni zamanda daxili müdafiə sənayesinin texnoloji bazasını gücləndirəcək. Tokio bu prosesi 2014-cü ildən başladıb”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Yaponiya yaxın gələcəkdə hərbi sahədə daxili istehsalını xeyli artıracaq:

“Buna baxmayaraq, Yaponiya hökuməti əvvəlkitək sülhün fundamental prinsiplərinə sadiq qalmağa davam edəcəyini bəyan edib. Ancaq sülhün və sabitliyin davamı müdafiə qabiliyyətinin gücündən asılıdır. Təsadüfi deyil ki, Yaponiyanın baş naziri Sanae Takaiçi bildirib ki, daha da mürəkkəbləşən təhlükəsizlik mühitində heç bir ölkə öz təhlükəsizliyini təkbaşına qoruya bilməz və müdafiə avadanlıqları sahəsində tərəfdaş ölkələrin qarşılıqlı dəstəyinə ehtiyac duyur. O, mövcud dəyişiklikləri nəzərə alaraq, istənilən avadanlığın ixracının əvvəlki məhdudiyyətlər olmadan mümkün olacağını açıq şəkildə bildirib. Halbuki, məhdudiyyətlər avadanlıqların yalnız beş məqsəd üçün - xilasetmə əməliyyatları, nəqliyyat, xəbərdarlıq, müşahidə və mina təmizləməsi üçün ötürülməsinə icazə verirdi.

Beləliklə, Yaponiya həm daxili hərbi istehsalı artıracaq, həm də bunun üçün tərəfdaş ölkələrlə ehtiyat hissələrinin və digər komponentlərin qarşılıqlı mübadiləsinni təmin edəcək. Yaponiyanın hazırda bu sahədə 17 ölkə ilə belə müqaviləsi var. Yaponiya artıq Avstraliyaya idarə olunan raket freqatları satmaq barədə razılığa gəlib və Yeni Zelandiya da onlara maraq göstərib. İndoneziya və Filippinə istifadə olunmuş hərbi gəmilərin verilməsi də müzakirə olunur. Hava hücumundan müdafiə təchizatı da mümkündür”.

Politoloq vurğulayıb ki, Yaponiyanın hərbi gücünü artırması Çin və Rusiyanın narahat edir:

“Yaponiya hərbi texniki əməkdaşlığı uzaq Ukrayna ilə də həyata keçirməyi planlaşdırır. Yaponiya Ukraynaya silah tədarükü həyata keçirəcək. Tokio Ukraynada istehsal olunan dronlara və dron-tutuculara maraq göstərir. Ukraynanı isə Yaponiyanın hava hücumundan müdafiə sistemi maraqlandırır.

Yaponiya hökumətinin hərbi gücünü artırması və tərəfdaşlarla bu sahədə əməkdaşlığın genişləndirməsi Çin və Rusiyanın narahat edir. Moskva və Pekin hesab edirlər ki, İkinci Dünya müharibəsində məğlub olan Yaponiya hərbi gücünü artırmamalıdır. Halbuki bölgədə realıqlar dəyişib. Çin artan hərbi gücü və Yaponiya sahillərində yaxın Rusiya ilə birgə keçirdiyi hərbi təlimləri Tokionu fərqli qərarlar qəbul etmək məcburiyyətində qoyub.

Çin təxminən on illik nisbi fasilədən sonra Cənubi Çin dənizində genişmiqyaslı süni adalar tikintisinə yenidən başlayıb. Bu adalar Çinin bölgədəki forpostlarıdır. Adalarda uçuş-enmə zolaqları, limanlar və hərbi obyektlər inşa edilir. Yaradılan adalar Çinin əməliyyat, dənizdə müşahidə imkanlarını genişləndirəcək. Yaponiya və digər bölgə ölkələri Çinin bu planlarına mane ola bilməsələr də, müxtəlif ittifaqlar vasitəsilə balansın pozulmamasına çalışırlar”.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 Aprel 2026 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri