Icma.az
close
up
RU
Bu ölkə qanun aliliyi ilə idarə olunur

Bu ölkə qanun aliliyi ilə idarə olunur

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Yeni dünya düzəni anlayışı çox dərin və qlobal məna daşıyır. Bu, böyük güclərin birliyinin bəlkə də dünyanın, bəşəriyyətin, müasir texnologiyaların, siyasi, sosial və iqtisadi sifarişləri ilə formalaşan, dünyanın dəyişməsinə səbəb olacaq bir inqilabdır. Hazırkı sivilizasiyalara uyğunlaşdırılması vacib olan bir inqilab. Bəli, bu çox ciddi şəkildə ölçülüb-biçilmiş, illər əvvəl planlaşdırılmış və bəşəriyyətin siyasi simasını dəyişmək üçün təsdiqlənmiş bir layihədir.
Biz bu ciddi prosesləri nəzərə almadan, istər Rusiya-Ukrayna məsələsinə, istərsə də Yaxın Şərqdə baş verən hadisələrə və İranla bağlı yaranan gərginliyə qiymət verməyimiz yanlışdır.Son illər hakimiyyətin siyasi rəhbərinin diplomatiyada qazandığı uğurlar, xarici siyasət kursu və baş verən hadisələri öncədən qiymətləndirmə məharəti, dövlətimizin bir çox neqativ proseslərdən kənarda qoydu və əlavə olaraq, torpaqlarımızı azad etdik, vətənimizi azad etdik və bütövləşdirdik. Bu qələbəni qazanmaq üçün çox gərgin, amma şərəfli bir yol keçdik.
Bu gün işi-gücü tənqid və şantajla məşğul olmağı peşəyə çevirən müxalifətşünaslar, bu böyük siyasi uğurlarınıza kölgə salmaq məqsədilə ədəbsiz şəkildə xalqı və cəmiyyəti aldadaraq dövlətin əleyhinə fikir formalaşdırmağa cəhd edirlər. Onlar bu uğurlara "dar gözlülük" deyirlər, amma unudurlar ki, belə bir qənaətə gəlmək özü dar düşüncəliliyin təzahürüdür. Bu siyasətiniz etik deyil. Həm etik, həm də siyasi məsuliyyətsizliyiniz sizdən xəbər verir. Xalqa hörmətsizlik və dövlətə zərər verən davranışlardır.Əgər belə olmasaydı, bu gün hamı həmrəylik nümayiş etdirib, dünyanın bu mürəkkəb dövründə dövlətinin yanında cəmləşib, bir olub gələcəyimiz haqqında düşünənlərlə eyni düşünərdiniz.
Təəssüf ki, öyrəşdiyiniz “peşələrdən” əl çəkə bilmədiniz.
Və guya dövləti düşünərək təklif irəli sürürlər: “Ordu güclənməlidir, Türkiyə ilə münasibət qurulmalıdır.”
Biz o güclü ordu ilə qələbə qazandıq! Biz o qüdrətli ordu ilə milli qürurumuzu, siyasi qürurumuzu bizi istəməyən qüvvələrin gözünə ox kimi sancdıq. Artıq siz çox yubanmısınız. Türkiyə ilə münasibətlərin bünövrəsi isə illər öncə qoyulub. Bu gün onun sadəcə bir hissəsini sizin kimilər görə bilir. Biz artıq Şuşa Bəyannaməsini imzalamışıq, Türkiyədə Azərbaycan şəhəri salınıb — Qardaşlıq şəhəri. Əgər bunun bu gün və gələcək üçün nə demək olduğunu, hansı mənanı daşıdığını anlaya bilsəniz, həyata keçirilmiş məsələləri təklif kimi irəli sürməzsiniz. Bax, bu spekulyasiyanın və ədəbsizliyin bariz nümunəsidir.
Açığı, tənqidin – sağlam, ədəbli tənqidin ölkədə inkişafının tərəfdarıyam. Amma “xalqın üstünə gedirsiniz” ifadəsi ədəbsiz tənqiddir, xəstə tənqiddir. Xalqın adını çəkmək şansını siz heç vaxt qazanmadınız. Bu hakimiyyət sizə qarşı, sizin kimi siyasi spekulyantlara qarşı çox humanist davranıb.Sizin kimi “şünaslar” ətrafınızdakı insanları aldadıb, dövlətin əleyhinə çalışmağa qaldırırsınız. Hakimiyyət öz xalqına olan müqəddəs hörmətini, ehtiramını öz əməlləri ilə təsdiq etdi. Çünki bu, dövlətə sədaqətli olmanın, dövlətçilik prinsiplərinə sadiqliyin bariz nümunəsidir. Artıq sizin siyasi davranış taktikanızın bugünkü reallıqda inkişaf etməsi mümkün deyil.
Bu ölkə qanun aliliyi, elmi biliklər nəzəriyyəsi, siyasi biliklər nəzəriyyəsi, idarəetmə nəzəriyyələri və müasir sivil toplum nəzəriyyələrinin tətbiqi ilə idarə olunur.
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 İyun 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see839

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see339

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see318

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see304

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see286

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see204

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see198

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see195

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see194

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see193

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see192

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see192

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see191

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see185

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see185

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see175

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see172

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see166

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see166

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri