Icma.az
close
up
RU
“Bu, qanunun aliliyi prinsipinə növbəti bir zərbədir

“Bu, qanunun aliliyi prinsipinə növbəti bir zərbədir

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Co Bayden bu günlərdə özünün prezidentlik səlahiyyətlərindən sui-istifadə edərək öz oğlunu əfv edib. Bu, ABŞ demokratiyasına, qanunun aliliyi prinsipinə növbəti bir zərbədir. Qeyd etmək lazımdır ki, təxminən 50 ildir siyasətdə olan Co Bayden bütün siyasi karyerası boyu dəfələrlə bəyanatlarında qeyd etmişdi ki, mən heç zaman ədliyyə orqanlarına müdaxilə etməyəcəm, hətta prezidentlik dövründə də bəyan etmişdi ki, öz oğlunu amnistiya etməyəcək, oğlu ilə bağlı məhkəmə prosesinə müdaxilə etməyəcək. Ancaq bununla belə o, öz vədinin üstündən xətt çəkərək belə bir addım atdı. Eyni zamanda, bu, sözsüz ki, ABŞ cəmiyyətini növbəti dəfə sarsıdan bir bəyanat oldu. Çıxışında Bayden bildirdi ki, ümid edirəm Amerika əhli məni bir ata kimi anlayar. Lakin reallıq bundan ibarətdir ki, prezidentin bu cür addım atmasına ABŞ cəmiyyətində də birmənalı yanaşılmır”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

O bildirib ki, hər şeydən əvvəl əsrlər boyu qanunun aliliyi prinsipini təbliğ edən, hətta digər dövlətlərə yeritməyə çalışan bir dövlətin prezidentinin öz səlahiyyətlərindən sui-istifadə edərək oğlunu amnistiya etməsi istər-istəməz həmin prinsipin zədələnməsi deməkdir: “Bu da ABŞ-də növbəti dəfə demokratiya böhranının yaşanmasının işartılarıdır. Yeni prezident seçilən Donald Tramp bu addımı qeyri-qanuni və hüquqa zidd adlandırdı. Yalnız D.Tramp deyil, digər rəsmilər də bununla bağlı çıxış etdilər və həmin addımı ABŞ dövlətinin hüquqi, fundamental prinsiplərinə zidd bir addım kimi qələmə verdilər. Bu,bir daha onu göstərir ki, ABŞ rəhbərliyi ilk növbədə öz daxilindəki problemlərə fokuslanmalıdır. Çünki ABŞ demokratiyası son zamanlar ciddi böhran keçirməkdədir. Həm qaradərililərə qarşı olan ayrıseçkilik davam edir, həm dövlətin siyasi instansiyalarının məhkəmə instansiyalarına müdaxiləsi davam edir. Eyni zamanda, ABŞ Konqresində qeyri-qanuni proseslər baş verməkdədir. Yəni ABŞ Konqresinin qaranlıq tərəfi son zamanlar ifşa olunmaqdadır. Bütün bunlar hamısı ABŞ demokratiyasının böhranla üzləşdiyinin bir rəsmidir”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Dekabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri