Bu ölkədə 22 buddist rahib 112 kq narkotiklə saxlanılıb
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şri-Lankada yerləşən Bandaranaike Beynəlxalq Hava Limanında şənbə axşamı 22 buddist rahib 110 kiloqramdan çox narkotik maddə daşıdıqları üçün saxlanılıb.
BAKU.WS "Daily Mirror"a istinadən xəbər verir ki, bu, hava limanı tarixində ən böyük müsadirə hadisəsidir.
Məlumata əsasən, Taylanddan gələn rahiblərin baqajında təxminən 112 kiloqram kannabis və həşiş aşkar edilib. Saxlanılan şəxslər növbəti gün ölkənin Qərb əyalətində yerləşən Neqombo dairə məhkəməsinə çıxarılıblar.
Araşdırma zamanı məlum olub ki, əməliyyatı Camburaliya bölgəsində yerləşən məbəddən olan üç rahib koordinasiya edib. Onlar sosial şəbəkələr vasitəsilə əksəriyyəti 30 yaşdan aşağı olan 19 gənc rahibi cəlb ediblər. Gənclərə pulsuz aviabilet, yaşayış və qidalanma vəd olunub. Təşkilatçılar rahiblərə bildiriblər ki, guya məktəblilər üçün tədris materialları və şirniyyatlar daşıyacaqlar.
Polis həmçinin Qampaha dairəsində bu işin ehtimal olunan təşkilatçısını da saxlayıb. Məlumata görə, ötən ay da eyni qrup 12 rahibin iştirakı ilə oxşar narkotik daşınması əməliyyatı həyata keçirib. Yaxın zamanda daha bir belə səfərin planlaşdırıldığı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 27 Aprel 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















