Icma.az
close
up
RU
Bu ölkədə günlük iş vaxtı 13 saat oldu

Bu ölkədə günlük iş vaxtı 13 saat oldu

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Yunanıstan Parlamenti ölkə miqyasında geniş etirazlara və iki böyük tətilə baxmayaraq, özəl sektorda gündəlik iş saatlarının 13 saata qədər artırılmasına imkan verən qanun layihəsini qəbul edib.

Bununla Yunanıstan, Avropa İttifaqında bu qədər uzun iş saatlarına qanuni icazə verən ilk ölkə olub.

"Cebheinfo.az" xəbər verir ki, yeni tənzimləməyə əsasən, özəl sektorda çalışan işçilər ayda maksimum üç gün, ildə isə ümumilikdə 37 gün boyunca 13 saata qədər işləyə biləcəklər.

Yunan hökuməti bu dəyişikliyin əmək bazarını “daha çevik və səmərəli” edəcəyini iddia edir. Lakin həmkarlar ittifaqları bunun işçi hüquqlarını zəiflədəcəyini və işçilərin danışıqlar gücünü azaldacağını bildirirlər.

Qanun, eyni zamanda işəgötürənlərə qısamüddətli məşğulluqda daha çox çeviklik verir və işçilərin işəgötürənlə razılaşaraq həftədə dörd gün işləmə sisteminə keçməsinə imkan yaradır. Bundan əlavə, artıq iş saatlarını qəbul etməyən işçilərin işdən çıxarılmasına qarşı qanuni müdafiə təmin edilir.

Yunan hökuməti yeni sistemin ölkənin yaşlanan əhalisi və ixtisaslı işçi çatışmazlığına həll gətirəcəyinə ümid edir. Lakin həmkarlar ittifaqları qeyd edirlər ki, qeyri-rəsmi məşğulluğun geniş yayıldığı və maaşların aşağı qaldığı bir ölkədə bu tənzimləmə “işçilərin əleyhinə” nəticələr doğura bilər.

Yunanıstan ötən il bəzi sahələrdə həftədə altı gün iş sisteminə keçərək Avropanın ən uzun iş saatlarına malik ölkələri arasında yer almışdı.

Avropa İttifaqının (Aİ) statistika agentliyi "Eurostat"ın məlumatına görə, Yunan xalqının alıcılıq qabiliyyəti hələ də Aİ ortalamasından xeyli aşağıdır.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see526

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see268

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see254

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see251

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see242

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see237

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see236

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see232

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see221

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see219

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see218

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see210

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see210

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see208

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see202

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see196

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see195

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see192

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see189

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri