Bu ölkədə maşınlara qış təkərlərinin taxılması məcburi oldu YENİLİK
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gürcüstanda 2025-ci il dekabrın 1-dən 2026-cı il martın 1-dək bir neçə yol istiqamətində avtomobillərin yalnız qış təkərləri ilə hərəkəti məcburi edilib.
Avtosfer.az xəbər verir ki, qaydalara əsasən, minik avtomobillərində protektorun dərinliyi ən azı 3 mm, avtobuslarda isə 4 mm olmalıdır.
Bundan başqa, təkərlərin istehsal tarixi 10 ili keçməməli və üzərində “qar dənəciyi” işarəsi olmalıdır.
Qanun tələblərinə əməl etməyən sürücülər 100 lari və 5 bal cərimələnəcəklər. Polis qaydalara uyğun olmayan avtomobillərin müəyyən ərazilərə girişini qadağan edə və təhlükə yarandığı halda nəqliyyat vasitəsini müvəqqəti saxlaya bilər.
Qış təkərləri tələbi Tbilisi–Senaki–Leselidze, Mtsxeta–Stepantsminda–Larsi, Zuqdidi–Mestia, Borjomi–Bakuriani və digər dağlıq istiqamətlər də daxil olmaqla bir sıra beynəlxalq və daxili yollara şamil olunur./azərtac
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 01 Dekabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















