Bu ölkədə sürücülük vəsiqəsi üçün tibbi müayinə tələb olunmur FOTO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sürücülük vəsiqəsinin verilməsi qaydaları əksər ölkələrdə oxşar olsa da, fərqliliklər də az deyil. Sürücülük vəsiqəsinə iddiaçılar üçün tibbi müayinə əksər ölkələrdə şərtdir. Lakin bir ölkədə bu tələb olunmur.
Avtosfer.az xəbər verir ki, Belçikada sürücülük imtahanı üçün tibbi arayış tələb olunmur. İddiaçı sadəcə olaraq yazılı şəkildə şərəf və ləyaqətinə and içərək sürücülüyə mane olacaq xəstəliklərinin yoxluğunu bəyan edir. Yazılı bəyanatı həkim yoxlamır.
Sürücülüyə mane olan xəstəliklərə diabet, depressiv pozğunluqlar, görmə və eşitmə pozğunluqları daxildir. Belə bir xəstəlik varsa, detallı müayinə tələb edilir.
Maraqlıdır ki, Belçikada sürücülük vəsiqəsinə maraq da azalır. Yeni vəsiqələrin alınması son 20 ildə 27 faiz azalıb. Halbuki, ölkə əhalisinin sayı artır. Şəhər əhalisi isə, xüsusən də gənclər maşına ümumiyyətlə maraq göstərmir. Səbəb istismar xərclərinin çoxluğu ilə yanaşı, ictimai nəqliyyatın işinin düzgün qurulmasıdır.
Vüqar Yaşaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 18 Noyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















