Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qırğızıstanda valideynlərə uşağa ata və ananın soyadlarının birləşməsindən yaranan ikiqat soyada icazənin verilməsi təklif olunur.
AZXEBER.COM xəbər verir ki, müvafiq qanun layihəsi Joqorku Keneşin (Parlamentin) bir qrup deputatı tərəfindən ictimai müzakirəyə çıxarılıb.
Təklif olunan dəyişikliklərə əsasən, valideynlərin razılığı ilə uşağa doğularkən valideynlərin soyadlarının istənilən ardıcıllıqla defislə birləşdirilməsi yolu ilə formalaşan ikiqat soyad verilə bilər. Lakin uşaqlara üçqat soyadın verilməsinə icazə verilmir.
Bu məhdudiyyət sonrakı nəsillərdə soyadların həddindən artıq mürəkkəbləşməsinin qarşısını almağa yönəlib.
Daha əvvəl ölkədə eynicinsli nikahların qanunla qadağan edilməsi və sənədlərdə bioloji cins barədə qeydin dəyişdirilməsinə qadağa qoyulmasının nəzərdən keçirildiyi barədə məlumat verilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 19 İyun 2026 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















