Bu ölkədən İrana hücumla bağlı qərar
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İordaniya öz ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcək.
Axar.az xəbər verir ki, bu barədə İordaniya Radio və Televiziya Korporasiyası mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, İordaniya ABŞ-la İran arasında davam edən danışıqların regionda müharibənin qarşısını alacaq siyasi razılaşma ilə nəticələnəcəyinə ümid edir.
Həmçinin bildirilib ki, ABŞ-ın İordaniyadakı hərbi mövcudluğu iki ölkə arasındakı müdafiə sazişləri çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, bundan öncə ABŞ-ın İrana hücum üçün İordaniyadakı hərbi bazasına çoxsaylı hərbi texnika göndərdiyi haqda məlumat yayılmışdı.
Baxış sayı:160
Bu xəbər 22 Fevral 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















