Bu ölkələr təhlükə altındadır: təxliyə ola bilər Qrossi
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Nüvə elektrik stansiyalarına edilən hücumlar radioaktiv maddələrin yayılmasına səbəb ola bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi deyib.
O bildirib ki, Yaxın Şərqdəki vəziyyət ciddi narahatlıq doğurur:
“İran və regionda hərbi hücumlara məruz qalan bir çox digər ölkələrdə nüvə elektrik stansiyaları və nüvə tədqiqat reaktorları, eləcə də əlaqəli nüvə yanacağı saxlama müəssisələri fəaliyyət göstərir. Bu da nüvə təhlükəsizliyinə təhdidi artırır”.
Qrossi qeyd edib ki, BƏƏ, İordaniya, Bəhreyn, İraq, Küveyt, Oman, Qətər və Səudiyyə Ərəbistanı müxtəlif dərəcələrdə nüvə texnologiyasına malikdir:
“Atom Elektrik Stansiyasına hücum halında Yaxın Şərq şəhərlərinin təxliyəsi zəruri olacaq”.
Xatırladaq ki, martın 2-də İranın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Rza Nəcəfi Nətənzdəki nüvə obyektinə hücum edildiyini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:232
Bu xəbər 02 Mart 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















