Icma.az
close
up
RU
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır

Bu universitetlərin diplomları Azərbaycanda tanınmır

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xaricdə bəzi universitetlərdə təhsil alan tələbələrin ölkədə diplomlarını tanıtdıra bilməmələri ilə bağlı məlumatlara tez-tez rast gəlirik. Ən böyük çətinliyi isə distant təhsil alan tələbələr çəkirlər. Onların sözlərinə görə, bu  üsulla təhsil aldıqları üçün diplomları Azərbaycanda tanınmır və buna görə də iş tapa bilmirlər.

Maraqlıdır, ən çox hansı ölkələrdə təhsil alan tələbələrimiz belə problemlərlə qarşılaşırlar.

Diplomları tanınmayan universitetlər hansılardır?

Mövzu ilə bağlı Musavat.com-a danışan təhsil eksperti Kamran Əsədov deyir ki,  Azərbaycanda xarici ali təhsil müəssisələrinin diplomlarının tanınması prosesi bir sıra meyarlar əsasında həyata keçirilir. Bu meyarlar arasında təhsil müəssisəsinin akkreditasiyası, tədris proqramlarının keyfiyyəti və təhsil formasının uyğunluğu kimi amillər mühüm rol oynayır.

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) məlumatına görə, bəzi xarici ali təhsil müəssisələrinin diplomları ölkəmizdə tanınmır. Bu, əsasən həmin universitetlərin yerli akkreditasiyasının olmaması ilə əlaqədardır. Məsələn, Amerika Birləşmiş Ştatlarında yerləşən Beynəlxalq Atlantik Universiteti, Avstriya Respublikasındakı Beynəlxalq Xristian Universiteti və Çex Respublikasındakı Beynəlxalq Praqa Universiteti kimi ali təhsil müəssisələrinin diplomları tanınmayanlar sırasındadır. Bu siyahı mütəmadi olaraq yenilənir və TKTA-nın rəsmi saytında dərc olunur.

Təhsil formalarına gəldikdə, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13-cü maddəsində əyani, qiyabi, sərbəst (eksternat) və distant (məsafədən) təhsil formaları nəzərdə tutulur. Lakin distant təhsilin ölkəmizdə tam tətbiqi və tanınması üçün zəruri prosedurlar hələ də tam formalaşmayıb. Elm və Təhsil Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanda keyfiyyət təminatı almış distant tədris proqramı mövcud deyil. Bu istiqamətdə qanunvericilik bazasının formalaşması üçün işlər aparılır.

Bu səbəbdən xaricdə distant formada təhsil almış şəxslərin diplomlarının tanınmasında çətinliklər yaranır. Məsələn, 2024-cü ildə distant təhsil səbəbindən 94 nəfərin müraciətinə mənfi cavab verilib. Bu vəziyyət distant təhsilin tanınması üçün müvafiq mexanizmlərin və standartların hələ tam formalaşmaması ilə əlaqədardır”.

Ekspertin sözlərinə görə, xaricdə təhsil almağı planlaşdıran şəxslər seçdikləri universitetin akkreditasiyasına və təhsil formasına diqqət yetirməlidirlər. Xüsusilə, distant təhsil proqramlarına yazılarkən, həmin proqramların və diplomların Azərbaycanda tanınıb-tanınmayacağını əvvəlcədən araşdırmaq vacibdir.

“2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanunda distant təhsil nəzərdə tutulsa da, onun tətbiqi mexanizmləri hələ də tam işlənib hazırlanmayıb. Bu səbəbdən, xaricdə distant formada təhsil almış şəxslərin diplomlarının tanınmasında çətinliklər yaranır.

Distant təhsilin tanınmamasının digər bir səbəbi isə bu təhsil formasının keyfiyyətinin təminatı ilə bağlıdır. Pandemiya dövründə tətbiq edilən distant təhsil təcrübəsi göstərdi ki, tələbələrin bir çoxu dərslərə formal olaraq qoşulur və bu, təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Bundan əlavə, bəzi ixtisaslar, xüsusilə tibb və mühəndislik sahələri, praktiki bacarıqlar tələb etdiyindən, distant təhsil bu sahələr üçün uyğun hesab edilmir.

Dünya təcrübəsinə nəzər salsaq, distant təhsilin müxtəlif ölkələrdə fərqli şəkildə qəbul edildiyini görərik.

Məsələn, ABŞ və Avropa ölkələrində distant təhsil geniş yayılıb və bu təhsil formasının keyfiyyətinin təminatı üçün xüsusi mexanizmlər mövcuddur. Bu ölkələrdə distant təhsil proqramları akkreditasiya olunur və diplomları tanınır. Lakin, bəzi ölkələrdə distant təhsilin keyfiyyətinə dair narahatlıqlar səbəbindən bu təhsil formasına ehtiyatla yanaşılır və diplomların tanınması məhdudlaşdırılır.

Azərbaycanda distant təhsilin diplomlarının tanınması üçün müvafiq hüquqi və metodoloji bazanın yaradılması, keyfiyyət təminatı mexanizmlərinin tətbiqi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. Bu istiqamətdə atılacaq addımlar distant təhsilin inkişafına və onun diplomlarının tanınmasına töhfə verə bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Fevral 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri