Icma.az
close
up
RU
AMEA Gəncə Bölməsinin əməkdaşı Türkiyədə Nizami Gəncəviyə həsr olunmuş Beynəlxalq Simpoziumda çıxış edib

AMEA Gəncə Bölməsinin əməkdaşı Türkiyədə Nizami Gəncəviyə həsr olunmuş Beynəlxalq Simpoziumda çıxış edib

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin Ərzurum şəhərində Atatürk Universitetinin ev sahibliyi ilə “Ortak Türk fəlsəfi düşüncəsinin dahisi: Nizami Gəncəvi” adlı Beynəlxalq Elmi Simpozium keçirilib. Tədbir Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, TİKA, Türk Mədəniyyəti və İrsi Fondu və Nizami Gəncəvi Vəqfinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Simpoziumda Azərbaycan və Türkiyədən tanınmış alimlər, nizamişünaslar, yazıçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə türk-İslam düşüncəsinin inkişafında mühüm rolu olan Nizami Gəncəvinin zəngin ədəbi-fəlsəfi irsi, ortaq mədəni dəyərlər sistemindəki yeri və bəşəri ideyaları geniş müzakirə olunub.

Tədbir çərçivəsində Atatürk Universitetinin professoru Nimet Yıldırımın Nizami Gəncəvinin “Sirlər xəzinəsi” və “İsgəndərnamə” poemalarını orijinaldan türk dilinə tərcümə etdiyi nəşrlərin təqdimatı keçirilib.

AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov simpoziumda “Nizami Gəncəvi və Gəncə” mövzusunda məruzə ilə çıxış edib. Alim dahi şairin əsərləri və qədim mənbələrə istinad edərək onun doğma Gəncəyə dərin bağlılığını göstərən faktları iştirakçıların diqqətinə çatdırıb. O vurğulayıb ki, Nizami Gəncəvinin əsərlərində milli mənsubiyyət və vətənpərvərlik ideyaları bu gün də öz aktuallığını qoruyur.

Ə.Muxtarov çıxışı zamanı Nizami Gəncəvinin irsinə göstərilən dövlət qayğısından, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdə həyata keçirdikləri mühüm təşəbbüslərdən bəhs edib. O, Nizami məqbərəsinin qorunması və təbliği sahəsində görülən işləri əks etdirən foto-sənədləri də təqdim edib.

Simpoziumda Atatürk Universitetinin rektoru professor Dr. Ahmet Hacımüftüoğlu, Azərbaycanın Ankaradakı Səfirliyinin müşaviri Dr. Füzuli Məcidli, professor Nimet Yıldırım və digər alimlər çıxış edərək Azərbaycan və Türkiyə arasında elmi-mədəni əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Nizami Gəncəvinin Xəmsəsinin türkcəyə qazandırılması” layihəsi iki qardaş ölkə arasında elmi və mədəni körpü rolunu oynayır.

Simpozium Nizami Gəncəvi Vəqfinin həmtəsisçisi Arzu Təbrizli və Atatürk Universitetinin əməkdaşı Şeyda Arısoyun moderatorluğu ilə davam edib. Tədbirdə Azərbaycan və Türkiyədən bir sıra alimlər məruzələrlə çıxış ediblər.

Bakı Dövlət Universitetindən Əsmətxanım Məmmədova “Nizami Gəncəvi yaradıcılığı üzərinə filoloji tədqiqatlar”, Azərbaycan Dövlət Pedaqoji Universitetindən Fərrux Rüstəmov “Nizami Gəncəvinin əxlaq dərsləri”, Atatürk Universitetindən Coşkun Erdoğan “Nizami Gəncəvi və Şeyx Nizami Vəqfi üzərinə araşdırmalar”, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Fərid Hüseyn “Nizami Gəncəvi yaradıcılığında ölüm fəlsəfəsi”, Ədəbiyyat İnstitutundan Təhminə Bədəlova “Nizami Gəncəvinin əsərlərində Türkistanın sərhədləri”, tarixçi alim Əkbər Nəcəf “Şeir hüququ: Nizami Gəncəvinin şeiri məşrulaşdırma cəhdi”, ilahiyyatçı Ağa Hacıbəyli “Nizami Gəncəvi yaradıcılığında həqiqi məhəbbət: Leyladan Mövlaya gedən sevda”, Atatürk Universitetindən Rəcai Kızıltunç “Nizaminin dünya mədəniyyət irsinə qoyduğu miras” və Şeyda Arısoy “Türkiyədə Nizami bibliyografiyası” mövzularında çıxış ediblər.

Simpozium iştirakçıları qeyd ediblər ki, Nizami Gəncəvinin yaradıcılığı təkcə tarixi deyil, həm də müasir düşüncə dünyasına istiqamət verən bəşəri məzmun daşıyır.

Tədbir çərçivəsində Azərbaycan və Türkiyəli alimlər tədqiqat əsərlərini və ədəbiyyat, tarix, mədəniyyət sahələrinə dair kitablarını bir-birlərinə və universitet kitabxanasına hədiyyə ediblər, həmçinin Ərzurumun tarixi məkanlarını ziyarət ediblər.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Oktyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri