Icma.az
close
up
RU
Bu ölkələrdən Azərbaycana quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Bu ölkələrdən Azərbaycana quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Yunanıstan Respublikasının Krit adasında xırdabuynuzlu heyvanların çiçək, Polşa Respublikasının Kuyavsk-Pomorsk inzibati ərazisində Nyukasl, Nigeriya Federativ Respublikasının Katsina ştatında, İngiltərənin Qərbi Midland və Cənub-Şərqi İngiltərə regionlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

AQTA-nın məlumatına görə, Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə xırdabuynuzlu heyvanların və heyvan mənşəli məhsulların, eləcə də quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

seeBaxış sayı:16
embedMənbə:https://banco.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri