Icma.az
close
up
RU
Menu

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

Yanvardan maaş artımlarını ödəməyən metropoliten: Əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanırıq

Moskva ilə körpülər yandırılır? ŞƏRH

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

“Kaş bizim də Üzeyirimiz olaydı” Türkiyəli musiqiçi

DSX Komandanı II Fəxri xiyabanda

Bu, ölkəmiz üçün sevindirici və mühüm bir nailiyyətdir Universitetlərimiz beynəlxalq reytinqdə

Bu, ölkəmiz üçün sevindirici və mühüm bir nailiyyətdir Universitetlərimiz beynəlxalq reytinqdə

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə tarixində ilk dəfə 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-ə daxil olub. Ümumi olaraq, sözügedən reytinqdə Azərbaycan universitetlərinin sayı 9-a yüksəlib. 3 universitetimiz mövqeyini ötən ilə nisbətən əhəmiyyətli dərəcədə gücləndirib. 6 universitetimiz isə ilk dəfə sözügedən qlobal reytinqə daxil olub. Ölkə üzrə ən yüksək nəticə əldə edən Bakı Dövlət Universiteti 300 pilləyə yaxın irəliləyərək 688-ci mövqeyə yüksəlib. Azərbaycan Dövlət İqtisad Universiteti (801-850) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (851-900) mövqeyi ötən ilə nisbətən əhəmiyyətli dərəcədə yüksəlib. İlk dəfə olaraq Azərbaycan Texniki Universiteti (851-900), Bakı Mühəndislik Universiteti (901-950) və Xəzər Universiteti (951-1000) “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-də yer alır. Azərbaycan Memarlıq və İnşaat Universiteti (1001-1200), Sumqayıt Dövlət Universiteti (1001-1200) və ADA Universiteti (1201-1400 ) də sözügedən qlobal reytinqə ilk dəfə daxil olub. Sözügedən reytinqə yeni daxil olan universitetlərin sayına görə Azərbaycan təmsil olunan 106 ölkə arasında 2-ci sıradadır. “Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Müəllim-tələbə nisbəti”, “Əcnəbi müəllim payı”, “Əcnəbi tələbə payı” və “Məşğulluq nəticələri” indikatorları üzrə Azərbaycan universitetlərinin göstəricilərində müsbət dinamika müşahidə olunur. “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə nəticələrinə görə Azərbaycan Cənubi Qafqaz regionunda liderdir. Azərbaycandan reytinqə daxil olan universitetlərin sayı digər Cənubi Qafqaz ölkələrindən reytinqə daxil olan universitetlərin toplam sayından 3 dəfə çoxdur.

Təhsil eksperti Ramin Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yer alması, xüsusilə də QS və digər nüfuzlu reytinqlərdə adlarının çəkilməsi, qürurverici bir göstəricidir:
“Bu, bir tərəfdən universitetlərin inkişaf səylərinin nəticəsidir, digər tərəfdən isə Azərbaycanın beynəlxalq akademik mühitdə daha görünən aktora çevrildiyini göstərir. Lakin buradakı mühüm məsələ ondan ibarətdir ki, bu reytinqlərin meyarları və onların təhlil metodları ictimai reallıqlarla, yerli akademik mühitlə tam üst-üstə düşmür. Yəni, bəzi universitetlərin beynəlxalq reytinqdə yüksək yer tutması ictimai rəyə görə onların daha keyfiyyətli ali təhsil müəssisəsi olduğu anlamına gəlmir. Məsələn, Bakı Dövlət Universiteti və ya Sumqayıt Dövlət Universiteti reytinq sıralamasında ön sıralarda görünə bilər, amma qəbul ballarına və ictimai rəylərə əsaslansaq, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, UNEC və ya Dövlət Neft və Sənaye Universiteti daha çox seçilən ali məktəblərdir. Bu da onu göstərir ki, beynəlxalq təşkilatlar sadəcə təqdim olunan statistik və texniki məlumatlara əsaslanırlar. Halbuki ictimai etibar, tələbə seçimi, akademik nüfuz və real tədris keyfiyyəti kimi parametrlər də çox vacibdir. Bununla yanaşı milli reytinq sistemi yaradılmalıdır. Azərbaycanda Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Təhsildə Keyfiyyətin Təminatı Agentliyi və digər müstəqil ekspertlər tərəfindən ölkədaxili obyektiv reytinq cədvəli hazırlanmalıdır”.
Ekspert vurğulayıb ki, burada ictimai rəy, qəbul balları, məzunların məşğulluq göstəriciləri, elmi nəticələr və digər yerli göstəricilər də nəzərə alınmalıdır:

“Beləliklə, həm beynəlxalq reytinq meyarlarına cavab verən, həm də yerli reallıqlarda nüfuzlu olan ali təhsil müəssisələrinin mövqeyi daha obyektiv şəkildə dəyərləndirilə bilər. İctimai rəy nəzərə alınmalıdır. Tələbələr, valideynlər, müəllimlər və təhsil ekspertləri arasında mütəmadi sorğular keçirilməli, ali təhsil müəssisələrinə ictimai etimad səviyyəsi ölçülməlidir. Statistik göstəricilərdən istifadə olunmalıdır. Qəbul imtahanlarının nəticələri, keçid balları, tələbə sayı, məzunların işə qəbul faizi və digər rəsmi göstəricilər sistemli təhlil olunmalıdır. Beynəlxalq reytinq agentlikləri ilə daha şəffaf əməkdaşlıq təmin olunmalıdır. Universitetlər tərəfindən təqdim olunan məlumatların yoxlanılması üçün həmin agentliklər Azərbaycandakı ali məktəblərdə audit və monitorinqlər aparmalı, müstəqil araşdırmalar aparmalıdır. Bütün universitetlərə məlumat vermə hüququ bərabər şəkildə təmin edilməlidir. Bəzi ali məktəblərin reytinqlərə qoşulmaması onların keyfiyyətinin zəifliyi ilə deyil, informasiya təqdim etməməsi ilə bağlıdır. Reytinq meyarlarında milli xüsusiyyətlər də nəzərə alınmalıdır. Universitetin regionda yerləşməsi, sosial missiyası, ixtisaslaşma profili kimi yerli spesifik amillər qiymətləndirmədə öz yerini tapmalıdır. Beynəlxalq reytinq sistemlərinin verdiyi göstəricilər faydalıdır, amma onlar təkbaşına Azərbaycan ali təhsil sisteminin obyektiv mənzərəsini vermir. Universitetin nüfuzu yalnız rəqəmlərlə deyil, həm də cəmiyyət tərəfindən qəbul olunma səviyyəsi ilə ölçülməlidir. Ona görə də ali təhsilin keyfiyyətinə dair daha balanslı və çoxşaxəli yanaşma formalaşdırılmalı, həm beynəlxalq, həm də milli göstəricilər nəzərə alınmalıdır”.
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycan universitetlərinin son illərdə beynəlxalq təhsil reytinqlərində yer alması ölkəmiz üçün sevindirici və mühüm bir nailiyyətdir:

“Bu göstəricilər, həm universitetlərin qlobal səviyyədə tanınmasına, həm də ölkənin ümumi elm və təhsil potensialının inkişafına töhfə verir. Xüsusilə bəzi universitetlərimizin məsələn, İqtisad Universitetinin 1800-cü sıraya enməsi və Xəzər Universitetinin göstəricilərindəki irəliləyiş əvvəlki illərlə müqayisədə mühüm tərəqqiyə işarə edir. Bu artım təkcə statistika deyil bu, universitetlərin son illər ərzində apardığı islahatların, beynəlxalq əməkdaşlıqların və elmi-tədqiqat fəaliyyətinin nəticəsidir. Bu baxımdan, sözügedən universitetləri təqdir etmək tamamilə haqlıdır. Lakin bu uğurla kifayətlənmək olmaz”.
Deputat əlavə edib ki, hazırda Azərbaycanda təxminən 50-yə yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərir:
“Bu rəqəmlə müqayisədə cəmi bir neçə universitetin reytinqə düşməsi, geniş spektrli inkişafın hələ də gözlənilən səviyyədə olmadığını göstərir. Bu səbəbdən daha çox universitetin beynəlxalq reytinqlərə daxil olması üçün həm dövlətin, həm universitet rəhbərliklərinin, həm də akademik heyətin üzərinə ciddi vəzifələr düşür. Universitetlər strateji planlarla işləməlidir. Reytinq meyarları beynəlxalq nəşrlər, istinadlar, xarici tələbə sayı, əməkdaşlıq layihələri diqqət mərkəzinə gətirilməlidir. Dövlət dəstəyi artırılmalıdır. Müsabiqəli qrantlar, infrastruktur investisiyaları, təhsildə innovativ yanaşmalar üçün maliyyə dəstəyi daha geniş şəkildə təmin edilməlidir. Akademik heyətin inkişafına fokuslanmalıdır. Müəllimlərin elmi fəaliyyətə və beynəlxalq platformalarda iştirakına stimul verilməli, onların tədqiqat imkanları genişləndirilməlidir. Reytinq yalnız məqsəd deyil, vasitə kimi qəbul olunmalıdır. Məqsəd keyfiyyətli təhsil vermək, rəqabətqabiliyyətli məzun yetişdirmək və elmi nəticələr əldə etmək olmalıdır. Reytinq isə bu məqsədə çatmaq üçün yön verən bir göstərici kimi çıxış etməlidir”.
Leyla Turan
Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqamətində hazırlanıb.

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 İyun 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see300

Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir

26 Sentyabr 2025 07:27see232

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see201

Yanvardan maaş artımlarını ödəməyən metropoliten: Əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanırıq

26 Sentyabr 2025 16:10see182

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see157

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see141

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see141

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see140

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see139

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see138

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see137

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see137

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see136

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see135

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see135

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see130

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see130

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see129

“Kaş bizim də Üzeyirimiz olaydı” Türkiyəli musiqiçi

26 Sentyabr 2025 19:36see129

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri