Icma.az
close
up
RU
Bu ölkənin sabiq naziri QƏTLƏ YETİRİLİB

Bu ölkənin sabiq naziri QƏTLƏ YETİRİLİB

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Böyük Britaniyanın sabiq naziri və "Reform UK" Partiyasının tanınmış simalarından olan Enn Uiddikombun qətli ilə bağlı məhkəmədə dəhşətli detallar açıqlanıb.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, 78 yaşlı Enn Uiddikomb iyulun 8-də İngiltərənin cənub-qərbindəki kənd evində nahar etdiyi vaxt naməlum şəxs tərəfindən hücuma məruz qalıb.
Onun meyiti evinin mətbəxində aşkarlanıb. Londondakı məhkəmədə prokurorlar bildiriblər ki, Böyük Britaniya vətəndaşı, 28 yaşlı Coşua Kerri Uiddikombun baş nahiyəsinə çəkiclə 21 zərbə endirib. Hücumdan əvvəl o, evə daxil olaraq "Bank kartlarınız və şəxsiyyət vəsiqəniz varmı?" sualını verib.
Daha sonra əlində gizlətdiyi çəkiclə qadına hücum edib, onu stuldan yerə yıxaraq pul kisəsini götürüb və təxminən iki dəqiqə ərzində evi tərk edib. Prokuror Kaşif Malikin sözlərinə görə, evdə quraşdırılmış təhlükəsizlik kamerası hadisəni tam şəkildə qeydə alıb. Coşua Kerri Londonun Vestminster Magistratlar Məhkəməsində qətldə ittiham olunub.
O, ittiham üzrə özünü təqsirli və ya təqsirsiz hesab etdiyini açıqlamayıb. Sonradan Old Beyli Mərkəzi Cinayət Məhkəməsi onun növbəti məhkəmə iclasınadək, oktyabr ayına qədər həbsdə saxlanılmasına qərar verib. Polis qətlin məqsədli şəkildə törədildiyini hesab etsə də, cinayətin motivi hələ müəyyən edilməyib. Hücumun terrorla əlaqəsinin olub-olmaması da araşdırılır. Enn Uiddikomb 1992–1997-ci illərdə Con Meycor hökumətində kiçik nazir vəzifəsində çalışıb. Son illərdə isə Naycel Farajın rəhbərlik etdiyi "Reform UK" Partiyasında immiqrasiya və ədliyyə məsələləri üzrə sözçü kimi fəaliyyət göstərib. O, 2010-cu ildə parlamentdən ayrıldıqdan sonra "Strictly Come Dancing" də daxil olmaqla bir sıra televiziya layihələrində iştirak edib./ajans.az
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 İyul 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri