Bu ölkəyə tətilə gedən məmurun meyiti tapıldı: Bir gün əvvəl fahişələrlə görünüb və...
Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.
Vladivostok meriyasının əməkdaşı Tailandın Pattaya şəhərində tətildə olarkən ölüb.
Publika.az xəbər verir "Mash Telegram" kanalı yazır ki, onun yerli fahişənin qurbanı olduğu ehtimal edilir.
Mənbənin sözlərinə görə, 42 yaşlı bələdiyyə nəqliyyatı rəhbərinin müavini Konstantin K. Yeni il üçün Asiyaya istirahətə gedib. Dekabrın 29-da o, kurorta gəlib və ayın 30-dan sonra onunla əlaqə kəsilib.
Qeyd olunur ki, o, yanvarın 11-də işə qayıtmalı idi. İş yoldaşları kişinin ailəsi ilə əlaqə saxlayıb və məlum olub ki, o, oğluna sonuncu dəfə dekabrın 30-da saat 21:00-da zəng edib. Bundan sonra axtarışa verilib və meyiti tapılıb.
Qaldığı otelin işçiləri bildiriblər ki, bir gün əvvəl onu fahişələrlə birlikdə görüblər. İlkin məlumata görə, fahişə ona trankvilizator (psixotrop dərman) verib yatırdıb, sonra isə qarət edib və qaçıb.
Qeyd edilir ki, Konstantinin 7 və 14 yaşlı iki övladı var.
Adəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 14 Yanvar 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















